Müntəzir bu 4 mövzuya diqqət etsə, İmam Məhdi (ə.f) ondan razı olar!
Müntəzirlər vilayət mövzusuna olan inanclarını möhkəmləndirməklə günahdan uzaq qalıb, İmam Zaman ağanı (ə.f) özlərindən razı sala bilərlər.
Bəs bu inanclar hansılardır?
1. Qeybdə olan İmamın (ə.f) varlığı inancı. Hər kim İmam Zaman ağanın (ə.f) İmam Həsən Əsgərinin (ə) övladı olduğuna əmin olar və İmamın (ə.f) hələ sağ olması barədə düzgün əqidədə olar və onun zühur etməsinin intizarını çəkər – çalışar ki, özünü hər bir rəzil sifətlərdən pak saxlasın.
Həzrət Peyğəmbər (s) buyurur: “Axırəz-zamanın insanları – ən üstün insanlardırlar. Çünki Peyğəmbərlərini (s) görməmişdirlər və İmamları (ə) qaib olar. Buna baxmayaraq, ağın üzərində olan qaraya iman gətirərlər”.
2. İmamın (ə.f) zühur edəcəyi inancı. Hər kim İmamın (ə.f) zühur edəcəyi inancında olarsa, çalışar ki, İmamı (ə.f) sevindirən əməlləri yerinə yetirsin və o Həzrəti (ə.f) narahat edən əməllərdən çəkinsin. İmam Zaman ağa (ə.f) buyurur: “Sizlərdən hər biriniz gərək bizim razılığımız olan şeyləri yerinə yetirsin. O şey ki, bizi qəzəbləndirər – ondan uzaq olsun. Çünki bizim zühur hadisəmiz anidən olacaqdır”.
3. İmamın (ə.f) onlara nəzarət etməsi inancı. Əgər müntəzir bu əqidədə olsa ki, İmam (ə.f) onun əməllərindən xəbərdardır və hər bir əməli barəsində o Həzrətə (ə.f) xəbər verilir – bu zaman özünü pak saxlamaya çalışar və günahdan uzaq olar.
İmam Səccad (ə) Əbu Xalidə buyurur: “Ey Əbu Xalid! Qeyb zamanının insanları ki, onun İmamətinə etiqad bəsləyərlər və zühurunun intizarını çəkərlər – ən üstün insanlardırlar. O zamanın insanları o kəslər kimidir ki, Peyğəmbərlə (s) birgə cihad etmişdilər. Onlar həqiqətən xalis bəndələr və doğru danışan Əhli-Beyt (ə) davamçılarıdır. Onlar insanları aşkarda və gizlində Allah dininə dəvət edənlərdirlər”.
4. İmamı (ə.f) sevmək. İnsan sevdiyi böyük şəxsiyyəti həmişə özünə örnək bilər və onun əməllərini təkrar edər və onun ardıcılı olar. Nəsrəddin Tusi deyir: “Aşiqin məşuqdan razı olması – ən çox onun rəftarlarından asılıdır. Bu eşq elə riqqət yaradar ki, aşiqi dünya çirkinliklərindən uzaqlaşdırar”.
Ona görə də hər kim İmamı (ə.f) sevər və o Həzrətə (ə.f) məhəbbət bəsləyər – hər bir çirkin əməldən çəkinməyə çalışar ki, məşuqunu narazı etməsin. Allah Təala bizləri İmam Məhdini (ə.f) sevənlərdən qərar versin! /Deyerler.