Ölülərin ruhları ailələrini ziyarətə gəlirmi?


Cümə axşamının dinimizdə özünəməxsus yeri vardır.

Bu özünəxsusluğun bir nişanəsi də hədis və rəvayətlərə əsasən dünyasını dəyişmiş insanların evlərini ziyarət etmələri ilə əlaqədardır.



Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin ruhları hər cümə dünya səmasında evlərinin bərabərinə gəlib hər biri qəmli səslə ağlayaraq belə deyəcəklər: “Ey mənin ailəm, övladlarım, ey atam, ey anam, ey əqrabalarım, bir dirhəm pul ilə (onu sədəqə verib savabını bizə hədiyyə etməklə), yaxud bir geyimlə də olsa (onu bir fəqirə verib savabını bizə hədiyyə etməklə) bizə acıyın ki, Allah da sizə Cənnət geyimlərindən geydirsin.” Sonra Allah Rəsulu (s) ağladı, onunla olanlar da ağladılar.



Daha sonra Peyğəmbər (s) belə davam etdi: “Onlar sizin din qardaşlarınızdırlar. Öz hallarına fəryad edib ağlayırlar və belə deyirlər: “Əgər əlimizdə olanları Allahın itaəti və rizası üçün xərcləsəydik, o zaman sizə möhtac olmazdıq.” Sonra evlərindən geri qayıdarlar. Qayıdarkən: “Ölülər üçün sədəqə verməkdə tələsin” deyə səslənərlər.” (“Müstədrək”, c. 2, səh. 485; “Səfinətul-Bihar”, c. 2, səh. 554-555)



İshaq ibn Əmmar, İmam Musa Kazıma (ə): “Mömin kimsə öləndən sonra ailəsini ziyarət edərmi?” deyə sual vermiş, İmam: “Bəli” buyurmuşdu.



İshaq: “Neçə gündən bir ziyarət edərlər?” deyə soruşduqda, İmam buyurmuşdur: “Fəzilət dərəcələrinə görə. Bəzisi hər gün, bəzisi iki gündən bir, bəzisi üç gündən bir ziyarət edir.”

Hədisi nəql edən ravi deyir: “İmamın sözlərindən ən az fəzilət sahibinin cümə günü ziyarət etdiyi anlaşılır.” Sonra İshaq belə sual verir: “Onlar günün hansı saatında ziyarət edirlər?” İmam (ə) buyurur: “Günorta və ya bir az ondan tez. Allah onunla birlikdə bir mələk göndərir. O mələk ona ailəsinin onu sevindirəcək hallarını göstərir və onu məyus edəcək halları da gizlədir. Daha doğrusu, mömin bəndə ailəsinin sevindirici hallarını görərək sevinclə geri qayıdır”

(Mən lə yəhzuruhul-Fəqih”, c. 1, səh. 115;“Furuul-Kafi”, c. 3, səh. 231)



İmam Musa Kazım (ə) digər bir hədisdə buyurmuşdur: “Ölülərin bəzisi öz ailəsini hər cümə günü, bəzisi də əməl ölçüsünə görə ziyarət edir.” (“Furuul-Kafi” c. 3, səh. 230)



İmam (ə) aşqa bir hədisdə də: “İstər mömin, istərsə də kafir kimsə öz ailəsini günorta vaxtı ziyarət edir. Mömin şəxs ailəsinin yaxşı əməllər gördüyünə sevinər, kafir isə həsrət çəkər” deyə buyurur.

(“Furuul-Kafi” c. 3, səh. 230) \"İslamda Vardır!\", Mövzu: \"İslamda əza və yas mərasimləri varmı?\", səh. 61-62. /İslaminSesi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter