Küsən insanın namazı qəbul olarmı?
Küsmək – insanlar arasında dostluq və ülfət bağlarının qırılmasına səbəb olar. Bu səbəbdən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “O iki müsəlman ki, bir-birindən küsər və üç gün o halda qalarlar, bir-biri ilə barışmazlar – onlar İslam dinindən çıxmış olarlar.
Onların arasında dini dostluq bağları olmaz. Ona görə də hər kim birinci danışarsa, o, hesab günü daha tez behiştə gedər”.
İmam Sadiq (ə) buyurur: “İki nəfər küsərək bir-birindən ayrılmaz, məgər o halda ki, onlardan biri (Allah və Rəsulunun (s))lənətinə düçar olar”.
Ona görə də din qardaşlarının küsməsi Allahı qəzəbləndirər və şeytanı (lən) sevindirər.
Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi nəsihətdə oxuyuruq: “Allah hər bazar ertəsi və cümə axşamları günü möminlərin əməl dəftərinə nəzər salar.
Məgər o iki nəfərin əməl dəftərindən başqa ki, aralarında küdurət və küsülülük vardır. Məmurlarına əmr verər ki, onların əməl dəftərlərini kənara qoysunlar o zamana qədər ki, bir-biri ilə barışarlar”. (Hədənə)
Bu səbəbdən deyə bilərik ki, küsülülük insanlar arasında kinə səbəb olar və lənətlik şeytanın silahlarını işə salar. İnsanları bir-birindən ayırar və aralarına nifaq toxumu səpər. Bu səbəbdən Allah küsməyi sevmir və buyurur ki, o müsəlman ki, başqa din qardaşından küsər – dini naqis olar və kamilləşə bilməz. Bu səbəbdən gərək rəftarlarımıza diqqət edək./Deyerler.