Qəflətdə olmaq nədir? Məsumların (ə) mübarək izahı
İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim öz düşmənindən qafil olar, fitnələri özünə dəyər”.
İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər”.
İmam Əli (ə) buyurur: “Möminin sükütü təfəkkür, münafiqin sükutu qəflətdir”.
İmam Əli (ə) buyurur: “Bilin ki, arzu, ağlı qəflətə salar və Allahı yada salmağı unutdurar”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Ey insanlar! Allahdan qorxun! Çünki heç kəs əbəs yerə xəlq olmamışdır ki, (ömrünü) əyləncə və qəflətlə keçirtsin”.
İmam Baqir (ə) buyurur: “Namazından ancaq o qədərindən bəhrə aparırsan ki, qəlb diqqəti ilə birlikdə olmuşdur. Ona görə də əgər kimsə bütün namazında səhv edərsə və ya onu əda etməkdən qafil olarsa – o namaz büzüşər və sahibinin üzünə vurular”.
İmam Səccad (ə) buyurur: “Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, qəflət zamanı məni Səni yada salmağa yönləndir. Möhlət ruzigarında məni öz itaət yolunda işə al və dostluğunun asan yolunu mənim üçün aç ki, onunla dünya və axirətin xeyiri mənim üçün kamil olsun” /Deyerler.