Dini termin olan İlahi vəhy ilə ilhamın fərqi nədədir?


İlham və vəhy elə bir hadisələrdir ki, insanın daxilində baş verər. Ancaq ilham ilə vəhy bir-birindən fərqlənən hadisələrdir ki, insanı hansısa yola yönəltmək istəyər.



Bu fərqlərdən biri budur ki, vəhyin kim tərəfindən nazil olduğu aydındır, ancaq ilhamın deyil. Vəhyi peyğəmbərlər (ə) alar və onun vasitəsilə Allahın göstərişləri və əmrləri ilə xəbərdar olarlar. Ancaq ilham adi insanların da daxilində baş verər.



Zərarə İmam Sadiqdən (ə) soruşur: “Peyğəmbər (s) necə əmin oldu ki, ona çatan İlahi vəhydir, nəinki şeytanın vəsvəsəsi?”.



İmam (ə) buyurur: “Nə zaman Allah bəndəsini risalət üçün seçər, ona xüsusi vüqar və hüzur verər. Belə ki, haqq tərəfindən ona çatanlar, gözü ilə görən kimi olur”.



Başqa bir hədisdə sual verirlər ki, peyğəmbərlər (ə) necə bildilər ki, onlar peyğəmbərdirlər?



İmam (ə) cavabında buyurur: “Onlar üçün pərdə aradan qalxmış olur”.



Vəhy ilə ilhamın başqa bir fərqi bundadır ki, vəhy edilən xəbərdə heç bir zaman yanlış olmaz, həmişə həqiqət olar, ancaq ilham belə deyildir. Çünki bəzən bu ilhamlar mələklər tərəfindən deyil, şeytan (lən) tərəfindən olar.



Vəhyin ilhamla başqa bir fərqi bundadır ki, peyğəmbər (ə) aldığı vəhyi gətirən mələyi öz gözü ilə görür, ancaq ilham edilən şəxs gözə görünməz.


Həzrət Musanın (ə) və Həzrət Məryəmin (s.ə) elmi ilham vasitəsilə olmuşdur. Həzrət Musanın (ə) anasına ilham olunur ki, övladını səbətə qoyub, çaya buraxsın. (Tebyan)



Xülasə, ümumi olaraq deyə bilərik ki, vəhy ilə ilhamın fərqi bunlardadır:


1. Vəhy, ilhamın daha ümumi formasıdır.
2. Vəhy, nübuvvətin nişanələrindəndir.

3. Vəhydə səhv olmaz, ancaq ilhamda belə deyildir.
4. İlham verən ilhamı alandan gizli olar.

5.Vəhy təbliğ üçün olar, ilham isə belə deyildir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter