Allah-Taalanın (c.c) tərifləyərək nemətlərlə müjdələdiyi kasıblar kimlərdir?!


Allahın buyurmuş olduğu xüsusiyyətləri özündə saxlayan kasıblar hansılardır:

1- Aza razıdırlar: Bəziləri kasıb və yoxsul, amma eyni zamanda varlı olmaq arzusunda və tamahkardırlar. Onlar əsla aza qənaət etməzlər, əldə etdikləri maddiyyatdan tez faydalanarlar. Hədisdə deyilən kasıbları sevməkdə məqsəd təbii ki, bunlar deyil. Məqsəd, gözü başqasının malında olmayan, aza qənaət edib, dünyanın az nemətləri ilə xoşbəxt olanlardır.

2- Yoxluğa və aclığa səbir edərlər: Bəzi kasıblar kasıbçılığa görə həmişə Allaha üsyan edib, \"Nə üçün Allah bizi belə kasıb etdi\" - deyə şikayətlənərlər. Bunun müqabilində bəzi kasıblar isə kasıb olduqları üçün əsla Allaha üsyan etməzlər, Allahın təqdirinə razı olub səbir edərlər. Əlbəttə, kasıb olmalarının səbəbi özləri deyil, yəni tənbəlliklərinə görə kasıb deyillər. Onların kasıbçılığı xarici və təbii faktorlar üzündəndir. Məsələn, zəlzələ, sel, yaxud bunun kimi təbii fəlakətlər bütün sərvətlərini əllərindən alıb. Onlar səbir etməklə, əllərindən gəlini edirlər. Kasıb olmalarını başqalarından gizlədib, vəziyyətlərini düzəltməyə çalışırlar.

3- Rahatlıq zamanı şükür edərlər: Allah tərəfindən onlara nemət verildiyi və rahatlığa qovuşduqları zaman Allahı unutmazlar, rifaha qovuşduqları zaman daim Allaha şükür edərlər.


4- Aclıq və susuzluqlarından şikayətlənməzlər: Bu xüsusiyyət səbrin nəticəsidir. Səbir edən fəqir, aclıq və susuzluğuna görə digər insanların yanında öz halından şikayətçi olmaz.

5- Əsla yalan danışmazlar: Bəzi kasıblar başqalarından kömək almaq üçün yalan danışar, kiçik bir məsələni böyük göstərib, çətinliklərinin çox olduğu təəssüratını yaradarlar. Beləliklə, başqalarının hisslərini oyadaraq, yardım alarlar. Ümumiyyətlə, kasıbları təhdid edən ən böyük təhlükə də budur, amma Allahın sevdiyi kasıb bəndələr hər nə olsa belə, qətiyyən yalan danışmazlar.

6- Allaha qəzəbli olmazlar: Kasıblığa səbir edib, öz vəziyyətindən şikayətçi olmayanlar Allaha da qəzəblənməzlər. Onlar yalnız insanların yanında belə deyillər, Allaha qəzəb edib, şikayətçi olmağı heç qəlblərindən belə keçirməzlər. Çünki Allaha üsyan edib, şikayətlənməyin bir möminə yaraşmadığını dərk edirlər.

7- İtirdikləri üçün kədərlənməz və əldə etdikləri üçün isə sevinməzlər: Son olaraq ifadə edilən bu iki xüsusiyyət digər xüsusiyyətlərdən daha əhəmiyyətlidir, bunu Allah Qurani-Kərimdə belə tərif edir: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (“Hədid” surəsi, ayə 23)\\maide.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter