Övlad sahibi olmaq istəyənlər üçün dua və əməllər


Ayətullah Behcət övlad sahibi olmaqla bağlı bəzi tövsiyələr vermişdir ki, onlara işarə edək. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və övlad sahibi olmadığını bildirir. Həzrət Sadiq (ə) buyurur: “Allahdan istə və səcdədə bu sözləri de:

“رَبِّ هَبْ لِی مِن لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّكَ سَمِیعُ الدُّعَاء رَبِّ لَا تَذَرْنِی فَرْدًا وَأَنتَ خَیْرُ الْوَارِثِینَ

Hədisi nəql edən yazır ki, bu göstərişə əməl etdim və Allah mənə övladlar nəsib etdi və adlarını Əli və Hüseyn qoydum”.

“Şəfayi-sudur” kitabında oxuyuruq ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında 41 dəfə “Həmd” surəsini deyər və bu işə 40 gün fasiləsiz əməl edərsə, Allah hacətini yerinə yetirər. Hətta əgər övladı olmasa belə, Allah ona övlad nəsib edər. (Tebyan)

Hər kim övlad sahibi olmaq niyyətilə, xalis və ixlasla, Allaha diqqət edərək bu iki ayəni - “Vaqiə” surəsinin 58 və 59-cu ayələrini oxuyarsa, Allah Təala bu iki ayənin bərəkətinə ona övlad nəsib edər.

Bir nəfər İmam Baqirə (ə) deyir: “Qurban olum, mənim çoxlu sərvətim vardır. Ancaq övladım yoxdur, mənim övlad sahibi olmağım üçün br çarə vardırmı?”. Həzrət Baqir (ə) buyurur: “Bəli, bir il boyunca hər gecənin sonu yüz 100 istiğfar et və əgər gecə onu yerinə yetirməsən, sabahısı günü qəzasını yerinə yetir. Çünki Allah Təala buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin”. (“Nuh” 10-12).

Həmçinin övlad sahibi olmaq istəyən analara yeyəcəkləri ilə bağlı bəzi tövsiyələr:

- Övlad sahibi olmaq istəyən analara keşniş və acı tərə yemək məsləhət deyildir.

- İçərisində buz olan içəcəklərdən çəkinməli. Hamilə zamanı da buzlu içəcəklər içmək olmaz, çünki körpəni iflic edə bilər.

- Dərmanlardan bacardıqları qədər çəkinmək.

Daha çox pırasa, soğan yemək./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter