Ailədə 1 uşaq kifayətdirmi? - ARAŞDIRMA


“Bir uşaq bizə kifayətdir, əgər onu xoşbəxt edə bilsək, çox böyük bir iş görmüş olarıq”.
Həzrət İbrahimin (ə) övlad sahibi olması Quranda böyük bir nemət kimi tanıdılmışdı. Mələklər ona müjdə gətirmişdilər.
Övlad sahibi olan insan əməl dəftərinə yaxşı əməllər daxil edər və öləndən sonra isə övladının duasına nail olar.
Bu gün əgər cəmiyyətə nəzər salsaq, görərik ki, 1 övlad sahibi olmaq dəb olmuşdur. Əgər ata və ana hər ikisi işləyirlərsə, onlar üçün övlad sahibi olmaq çox böyük məsuliyyət olar. Onlar bu üç nəfərlik ailəni kamil bir ailə hesab edirlər. Bəziləri deyər ki, mən ona görə bir övlad istəyirəm ki, bütün var-dövlətimi bir nəfərə qoyub gedim.

Halbuki, birdən artıq övlad sahibi olmaq həm valideyn üçün xeyir və bərəkətdir və həm də uşaqların ruhi cəhətdən sağlam olması üçün zəruridir. Bacı və qardaşın olması uşaqlar üçün yaxşı himayə və yardımdır. Böyük qardaş və bacılar adətən kiçiklərə həm ailə məsələlərində və həm də yaşıdları ilə rabitə qurmaqda yardım edərlər. O zaman ki, valideyn bir yerə gedər, böyüklər onların yerini alar və həmin kiçik bacı və ya qardaşlarını himayə edərlər. Valideynlərinin boş yerini doldurarlar. Böyüklər adətən kiçiklərin dərslərinə də yardım edərlər.

Hər bir uşaq öz yaşıdı ilə rabitə qurmaq istəyər. Uşaq öz bacı və qardaşı ilə rabitə quran zaman özünə dost tapmağı və onunla necə rəftar etməyi öyrənər.
Lakin o ailələrdə ki, ancaq bir uşaq vardır, valideynlər daima nigaran olarlar. Halbuki, uşaqları çox olan ailədə ananın əsl diqqəti övladlarının tərbiyəsində olur. Ona görə də övladları ilə bağlı mənfi düşüncələr onu tərk edər. Valideyn də rahat şəkildə həm övladlarını tərbiyə edər və həm də ailə işləri ilə məşğul olar.

O ailədə ki, tək övlad vardır, valideyn övladının ən kiçik problemlərini belə düşünər. O yerdə ki, onun xəstələnmə ehtimalı çox olar, təşvişə düşər, nigaran olar. Bəzən də rəftar və əməlində naqis hisslər büruzə verər. Buna görə də həmin ailələrdə ən kiçik mövzulara görə münaqişələr baş verər.

Halbuki, çoxuşaqlı ailələrdə rabitə daha möhkəm olar. Ailə üzvlərinin sevgi bağları daha möhkəm olar. Belə bir ailədə həm övladlar və həm də valideyn ruhi rahatlıq və hüzur əldə edər. Ailəsindən müsbət enerji alar. Əgər ailənizdə təkcə bir övladınız varsa, bilin ki, gələcək nəsilləri dayı və xala, əmi və bibidən məhrum etmiş olarsınız. Ona görə də qohumluq zəncirlərini azaltmış və zəiflətmiş olarsınız. Buna görə bir qədər düşünün./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter