İmam Zaman ağa (ə.f) ata ilə bağlı alimə hansı tövsiyəni verir?!


Seyyid Muhəmməd Musəvi Nəcəfi-Hindi adı ilə məşhur olan Əmirəl-möminin (ə) hərəminin İmam-cüməsi və böyük alimdir.

Bu alim Şeyx Baqirdən nəql edir ki, etimad olunan və mömin insanlardan olmuşdur. Onun qoca bir atası var idi ki, daima xidmətində durmaq üçün səy göstərirdi. Məgər çərşənbə günündən başqa ki, həmin gündə Səhlə məscidinə gedər və gecəni orada ibadətlə məşğul olardı. (Tebyan)

Ancaq bir müddət sonra məscidə getməyi tərk etdi. Ondan bunun səbəbini soruşan zaman demişdi: “40 gün çərşənbə axşamı oraya getdim. 40-cı gecə təxirə düşdü. Günəş batan zaman yola düzəldim və yolun üçdə biri qalmışdı ki, mehtab yolumu işıqlandırdı. Bir nəfər ərəbi gördüm ki, ata minmişdi. Mənə tərəf gəlirdi. Ürəyimdə dedim ki, bu şəxs yəqin ki, quldurdur və məni soyacaqdır.

Mənə çatan kimi bədəvi ərəb ləhcəsi ilə danışmağa başladı: “Hara gedirsən?”. Dedim: “Səhlə məscidinə”. Dedi: “Sənin yanında yeməli bir şey vardırmı?”. Dedim: “Xeyr”. Buyurdu: “Əlini cibinə at”. Dedim: “Orada heç nə yoxdur”. Yenə də həmin sözü sərt şəkildə təkrar etdi. Mən əlimi cibimə saldım və orada bir qədər kişmiş gördüm. Bu zaman mənə 3 dəfə bədəvi dildə buyurdu: “Sənə qoca atanı sifariş edirəm”. Bu sözləri dedi və gözümdən itdi.

Mən başa düşdüm ki, bu şəxs İmam Zaman ağa (ə.f) idi və Həzrət (ə.f) razı deyildi ki, mən atama xidməti tərk edib, Səhlə məscidinə ibadət etmək üçün gedim. Ona görə də ondan sonra Səhlə məscidinə bir daha getmədim”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter