Üçüncü dünya müharİbəsİ ehtİmalı həzrət Mehdİ (ə) zühuru İlə bİr araya sığırmı?


Cavab: Qeyd edək ki, yer üzündə nüvə müharibəsinin başlaması fikri ehtimallar üzərində qurulmuşdur. Dünyada baş verən siyasi hadisələr heç bir dəqiq proqrama, qanuna əsaslanmadığından gələcəkdə nə baş verəcəyini demək çətindir. Bir şey aydındır ki, hazırkı şəraitdə üçüncü dünya müharibəsi gözlənilir. Bəli, bu müharibə nüvə müharibəsi də ola bilər. Amma kimsə deyə bilməz ki, üçüncü dünya müharibəsi labüddür. Eləcə də, bu müharibənin nüvə müharibəsi olacağı bir ehtimaldır. Allah-təala dünya ölkələri başçılarına daha artıq ağıl payı verəcəyi təqdirdə onlar nüvə müharibəsinin aqibətini daha yaxşı dərk edə bilərlər. Bəli, yer üzünü üçüncü dünya müharibəsindən yalnız və yalnız dünya ölkələri başçılarının düşüncəsi xilas edə bilər. Ən azı bu müharibədə nüvə silahından istifadə olunmaz.
Demək, üçüncü dünya müharibəsi ehtimalı müsəlmanların, eləcə də dünyada ədaləti bərpa edəcək imamın zühuruna inanan şiələrin əqidəsi ilə zidd deyil. Müharibə haqqındakı proqnozlar yalnız ehtimallar üzərində qurulmuşdur və hansısa qanunauyğunluğa əsaslanmır. Müharibə ehtimalı bu gün mövcud olan şəraitdən yaranmışdır. Biz əlbəttə qeyd etmişdik ki, bəşəriyyətin bugünkü narahatçılığı və pərişanlığı onu ilahi hökumətin qəbuluna da hazırlaya bilər. Bir gün zülm-sitəmə düşmüş bəşəriyyət vəziyyətdən çıxa bilmədiyini dərk etsə ilahi hökuməti qəbul etməyə məcbur olacaqdır. Əgər biz də nə vaxtsa üçüncü dünya müharibəsinin baş verəcəyini ehtimal etmişiksə, məqsəd bu olub ki, əgər bəşəriyyət materialist düşüncələrdən çəkinməsə, onu belə bir aqibət gözləyir. Bəli, bəşəriyyət bu gün tutduğu yolu dəyişməyə məcburdur.

Suаl: Əsrin imamının ömrünün uzunluğu “kimə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (uşaq kimi olar)” ayəsinə uyuşurmu?

Cavab
: Uyğun ayədə ilahi bir qayda, təbiət qanunu açıqlanılır. Yəni fiziki yetkinliyə çatmış hər bir insan tədricən öz qüvvələrini itirməyə başlayır. Beləcə, o öz körpəliyindəki zəiflik halına qayıdır. Belə bir qayda bütün canlı aləmə münasibətdə qüvvədədir. Bütün canlıları belə bir aqibət gözləyir. Əvvəlcə, onu qeyd edək ki, təbiət elmlərinə əsasən əsrin imamının uzun ömrü mümkün sayılmışdır. Bunu da qeyd etməliyik ki, imama məxsus olan ömür istisna bir ömrüdür.
Başqa sözlə, elm min illik və daha uzun ömrü mümkün sayır. Bu iş mümkün sayılmasaydı, məşhur təbiətşünas alimlər insan ömrünü uzatmaq üçün ciddi araşdırmalarla məşğul olmazdılar. Onlar insanlara ümid verirlər ki, bir gün uzun ömrün sirri açılacaq. Bunu da inkar etmək olmaz ki, hazırda belə bir ömür istisna sayılmalıdır. Hələ ki bəşəriyyət uzun ömür yaşamağın sirrini tapmamışdır. Allah seçilmiş bir bəndəsinə ona görə belə uzun ömür vermişdir ki, müəyyən bir məqamda həmin şəxs qiyam etsin və yer üzündə ədalət bərqərar olsun. Qeyd olunan Quran ayəsi isə adi insanlar haqqındadır və müstəsna bir şəxsə aid edilməyə bilər.
Bir sözlə, istisna olaraq bir şəxsə belə uzun ömür verən Allah onu istənilən zəiflikdən də qoruyar. Bu məsələ nəzərdə tutulmuş Quran ayəsinə qətiyyən zidd deyil. Çünki ayə əksər adi insanlara aiddir.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter