Həzrət İmam Rza (ə), zəvvarın məktubuna nə cavab verdi?
Mazandaran əhlindən olan Ağa Həsən nəql edir ki, mən İmam Rzanı (ə) ziyarət etməyi qəsd etmişdim və vəsiyyətnaməmi vermək, xüdafizləşmək üçün Əşrəfin böyük alimlərindən biri olan Hacı Molla Muhəmməd Əşrəfinin yanına getdim. Vəsiyyətnaməmi alimə verdim.
Alim də mənə bir paket verib dedi: “Məşhədə çatdığın ilk gün bu məktubu İmam Rzaya (ə) təqdim et və qayıdan zaman cavabını mənə gətir”.
Öz-özümə dedim: “Bu, nə deməkdir? Məgər İmam Rza (ə) həyatdadır ki, məktubu ona verəm və cavabını da alam?”.
Ancaq alimin əzəməti mənə mane oldu ki, ona etirazımı bildirim. Məşhədə gəldiyim ilk gün hərəmə getdim və alimin məktubunu zərihə atdım. Bir neçə ay orada qaldım və xüdahafizləşmək üçün hərəmə getdim.
Alimin məndən istədiyi şeyi tamamilə unutmuşdum.
İşa namazı bitəndən sonra göstəriş verdilər ki, zəvvarlar hərəmdən çıxsın ki, xüddamlar oranı təmizləyə bilsinlər. Ziyarət namazını bitirdim və öz-özümə düşündüm ki, niyə məhz bu gecə təmizlik edirlər, axı mən yol üstəyəm? Ancaq namazı bitirəndə gördüm ki, məndən başqa hərəmdə heç kəs qalmamışdır. Hərəmdən çıxmaq istədim, ancaq gördüm ki, İmam (ə) böyük əzəməti ilə mənə tərəf gəlməyə başladı. Mənə çatan kimi buyurdu: “Hacı Mirzə Həsən! O zaman ki, Əşrəfə çatdın, mənim müraciətimi Hacı Əşrəfiyə çatdır”.
Bu zaman bir beyt şeir oxudu: “Ayna ol, camal pəri üçün. Evinə süpürgə vur. Qonaq tələb et”.
Bu sözlərdən fikrə getdim və bu əzəmətli insanın kim olduğunu düşündüm. Bu zaman gördüm ki, hərəm insanla doludur və hər kəs öz dua və ibadəti ilə məşğuldur. Başa düşdüm ki, mükaşifə aləmində idim.
Ziyarətdən qayıtdım və alimin evinə getdim. İmamın (ə) buyurduğu beyti ona dedim. Bu zaman alim dedi: “Çox təəssüf ki, ömrümü keçirtmişəm. Lazımi qədər batini səfa əldə etməmişəm”. (Tebyan)
Loğmanın nəsihətlərindən. Loğman buyurur: “Hər kim Allaha itaət edər – Ondan qorxar. Hər kim Ondan qorxar – Onu sevər. Hər kim Onu sevər – əmrinin ardıcılı olar. Behiştə və Onun razılığına layiq olar”./Deyerler.