Məsihi (ə) tapan xristian, niyə müsəlman oldu?
Şeyx Kuleyni, Həsən ibni Hüseyndən nəql edir: “Muhəmməd ibni Həsən mənim üçün nəql etmişdir: “Bizim səhabələrdən biri Samirra şəhərində qan almaq peşəsi ilə məşğul idi və əvvəllər xristian olmuşdur. O, danışır: “Bir gün İmam Həsən Əsgəri (ə) zöhr zamanı mənim dalımca adam göndərdi və mən ora gedən zaman mənə bir damarı nişan verib dedi ki, ondan qan alam. Mən adətən qanı aldığım damarları tanıyıram, ancaq bu damarı tanımırdım. Ona görə də ürəyimdə dedim: “Bu gün qəribə bir şey görürəm”.
O, mənə əmr edir ki, tanımadığım damardan qan alım.
Mən damarı açdım və ondan bir qədər qan çəkdim. Sonra İmam (ə) mənə buyurdu: “Evində qal və gözlə”.
Mən evdə qaldım və əsr zamanı gəlib çatdı. Həzrət (ə) məni yenə çağırdı və buyurdu ki, yenə qan alım.
Mən damarı açdım və qan almaqla məşğul oldum. Bir qədər keçmiş buyurdu: “Kifayətdir”. Mən damarı bağladım. Sonra mənə buyurdu: “Evində qal”.
Mən gecə yarısına qədər gözlədim və mənim dalımca yenə adam göndərdi. Mənə buyurdu ki, yenə qan alım. Mən bu əməldən çox təəccüblənmişdim. Ancaq ondan bir şey soruşa bilmirdim. Bu dəfə qan damarını açan zaman gördüm ki, duz rəngində qan gəlməyə başladı. Mənə buyurdu: “Damarı bağla”.
Mən də elə etdim. Buyurdu: “Evində qal”.
Sübh zamanı olan zaman mənə bir libas və 50 dinar pul verib, buyurdu: “Bu pulu al və bizim üzrümüzü qəbul edib, get”.
Mən pulu götürüb həkimin yanına getdim və bu qəziyyəni ona danışdım. Səbəbini soruşdum. Həkim bir qədər fikrə getdi. O, bir şey deyə bilmədi. Üç gün belə keçdi və mən tibb kitablarını açıb oxudum ki, bəlkə bir şey taparam. Ancaq çox təəssüf ki, tapa bilmədim.
Həkim mənə dedi ki, bizim zamanımızda rahib Aquldan biliklisi yoxdur.
Mənə məktub verdi və mən rahibin sorağına getdim. Onu səslədim və o, soruşdu ki, mən kiməm? Dedim ki, həkimin tanışlarındanam. Soruşdu ki, ondan məktub gətirmisən? Dedim: “Bəli”.
Məktubu oxuyan kimi dedi: “Sən o kəssən ki, həmin şəxsdən qan almısan?”.
Dedim: “Bəli”.
Dedi: “Xoş olsun ananın halına ki, səni dünyaya gətirmişdir”.
O, qatıra mindi və mənimlə Samirraya yollandı. Biz gecə yarısı Samirraya çatdıq və ondan soruşdum ki, hara gedək? Dedi ki, həmin qan aldığın şəxsin evinə. Sübh namazı vaxtı idi və biz İmamın (ə) evinə gəlib çatdıq.
Anidən qapı açıldı və qaradərili bir nökər gəlib dedi: “Sizlərdən kim Aquldur?”.
O, cavab verdi ki, mənəm.
Nökər ona dedi: “Qatırdan düş”.
Mənə göstəriş verdi ki, qatıra nəzarət edəm. Sonra rahibin əlindən tutdu və hər ikisi evə daxil oldular. Evin qabağında o qədər gözlədim ki, nəhayət səhər açıldı. Bu zaman gördüm ki, rahib öz libasını çıxartmış, müsəlmanların geyindiyi ağ libası geyinən halda evdən çıxdı. Dedi: “İndi məni həkimin yanına apar”.
Biz həkimin evinə getdik və o, rahibi bu halda görəndə ona dedi: “Nə səbəb olmuşdur ki, dinini dəyişdirmisən?”.
Rahib dedi: “Mən Məsihi (ə) tapdım və onun əli ilə müsəlman oldum”.
Həkim dedi: “Məsihi (ə) tapmısan?”.
Dedi: “Onun kimisini. Çünki bu cür qan almağı dünyada Məsihdən (ə) başqası etməmişdir. O, əlamət baxımından da Məsih (ə) kimidir”.
Sonra İmamın (ə) yanına qayıtdı və ömrünün sonuna qədər ona xidmət etdi”””. (Həvzəh)
Allah bizlərə İmamı (ə) dərk etmək tofiqatı versin./Deyerler.