Subhanallahın mənası nədir?! İmam Əlinin (ə) mübarək izahı
Bir nəfər ikinci xəlifədən soruşdu: “Sübhanəllah” kəlməsinin izah və təfsiri nədir?!
Ömər ibn Xəttab dedi: (Qarşıda olan) Bu bağda bir kişi var ki, sual verəndə cavab verər, sakit olanda isə, örgətmək üçün danışmağa başlayar!
Sual verən şəxs bağa tərəf getdi və gördü ki, Hz Əli (ə) əkinçilik işi ilə məşğuldur! Xidmətinə yetişərək ərz etdi: “Subhanəllah” nədir?!
Hz Əli (ə) buyurdu: “Subhanəllah Allahın uca və əzəmətli məqamını böyük bilməkdir. Allahı müşriklətini düşüncəsindən pak bilməkdir. Və o zaman ki, bir bəndə bu kəlməni dilə gətirər, bütün mələklər ona salam (dua) göndərərlər.”
Mənbə: Məani əl-Əxbar, səh: 11