Qohumların dəyəri nədir? – İmam Əlinin (ə) mübarək izahı


Əmirəl-möminin (ə) insanlar üçün xütbə deyirdi, Allaha həmd etdikdən sonra, Həzrət (ə) buyurur: “Heç kəs öz qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mala və övlada malik olsa da. Həmçinin onların mehribanlığından, kəramətlərindən, əl və dillə müdafiələrindən ehtiyacsız deyildir.

Qohumlar ən əzəmətli dayaq, ürəkyandıran insanlar, onun üçün ən böyük qəm yeyən olarlar. Qohumların xüsusiyyətlərindəndir ki, məhəbbət və ürək yandırmaqda sadiq olsunlar. Belə ki, xalis niyyətlə yaxşılıq əlini qohumları üçün açarlar. Allah dünyada infaq etdiklərini yerinə qoyar və axirətdə bir neçə qat mükafat verər.

İnsanlar arasında sədaqətli qardaşlar o sərvətdən daha üstündür ki, onu yeyərlər və özlərindən sonra irs qoyarlar. Məbada sizlərdən kimsə dostuna və qardaşına görə simic və sərt olar. O zaman ki, onlardan rəfaqət və məhəbbət görmədiniz, heç kimi onun yerinə və əvəzinə qərar verməyin.

O zaman ki, qohumlardan birini görürsünüz ki, çətinliyi vardır, ondan qafil olmayın, onu tərk etməyin. Onun çətinliyinin qarşısını infaqla

alın ki, xəsarət ona dəyməsin. Əgər onu tərk etsəniz, fayda aparmayacaqsınız”. (Həvzəh)

İmam Əli (ə) bu nurani xütbəsində bizlərə qohumluq əxlaqından söz açmış və bizlərə dəyərli nəsihətlər vermişdir. Bu nəsihətlərə əməl etməyə çalışaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter