Nə edək ki, orucumuz qəbul olsun? Məsumlardan hədislər


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.



Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”.

İmam Baqir (ə) Cabirə deyir: “Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar”.\\Deyerler



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter