Ramazanı sağlam keçirməyin 9 yolu hansılardır?!
Bu il Ramazan ayının isti yay günlərinə düşməsinə görə mütəxəssislər oruc tutanlara Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər veriblər.
Xüsusilə iftarla imsak arasında ən azı 12 stəkan su içib, lifli tərəvəzləri süfrədən əskik etməmək lazımdır.
Ramazanda qidalanma proqramında buraxılan səhvlər ürək döyüntüsündən başlamış nəbzin düşməsinə qədər müxtəlif cür problemlərin ortaya çıxmasına yol aça bilər.
Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün Dr.Vüqar İsmayılzadə Maide.az oxucuları üçün bəzi məsləhətlər verdi:
1. Üç dəfəyə qidalanın: Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. Obaşdanlığın edilməməsi isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, metabolizmanın (maddələr mübadiləsinin, həzmin) yavaşlaması üzündən çəkinin artmasına səbəb ola bilər.
2. İmsakı yüngül edin: İmsak süfrənizdə daha uzun tox saxladığı üçün protein tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer almalıdır.
Çünki lifli qidalar qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə məsləhət deyil. Çünki qandakı şəkəri ani surətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. Yediyiniz pendir və zeytunun duzuna da fikir verin.
3. Sürətli yeməyin: Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə geçmək daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq yaradır.
Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun yağında bişirilmiş səbzəyə üstünlük verin. Yeməyinizi mərci, noxud, yarma ilə zənginləşdirə bilərsiniz.
4. Şirin istehlak edin, amma: Yeməkdən sonra şirin qida istehlak edin, amma dərhal sonra yox. 1-2 saatdan meyvə və ya şirin çörək yeyin.
Amma qəbul olunacaq şirin qidanın şərbətli, daha çox xəmirli və qızartma olmamasına diqqət edin. Xüsusilə mövsümi meyvələrindən hazırlanan qidalar daha düzgün seçim olar.
5. Lifli qidalar istehlak edin: İftarda və ya imsakda çox yağlı, çox duzlu və çirkin qidalardan çəkinin. Çünki bu qidalar gün ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli səbzələr, o cümlədən pomidor, xurma və ya təzə meyvələr istehlak edin.
6. Loxmanızın miqdarını azaldın: İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Səhhətiniz üçün uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələrlə yavaş-yavaş və uzun müddətə yeyin.
7. Qızartma yeməyin: Ətləri sobada və ya gözdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. Ətli səbzə yeməklərini bişirərkən də yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin.
8. Su itkisinə diqqət: Yay aylarında tərləmə maye itkisini yüksəldir. Sudan əlavə evdə hazırlanmış az şəkərli limonad, ayran, meyvənin öz şəkəriylə bişirilmiş kompot daha önəmlidir. İftardan imsaka qədər ən azı 12-15 stəkan su için. Çay və qəhvə kimi mayelərdən çəkinin.
9. İftardan sonra gəzin: İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar. Eyni zamanda, bu addım zəifləyən metabolizmanızı də sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq.