Niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil?
İmam Rzaya (ə) sual verən zaman ki, niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil, Həzrət (ə)buyurmuşdur: “Çünki Ramazan ayı – elə bir aydır ki, Allah onda Quranı nazil etmişdir. Bu ayda haqla batil bir-birindən ayrılar. Belə ki, Allah buyurur ki, Ramazan ayı Quranın nazil olduğu aydır. Quran isə insanları hidayət edər və haqla batili bir-birindən ayırar.
Ramazan ayında Peyğəmbər (s) öz nübuvvət xəbərini almışdır. Ramazan ayında elə gecə vardır ki, min aydan daha üstündür. Həmin gecədə bütün işlər Allahın hikməti əsasında tənzim və təyin olunar. O gecə ilin başlanğıcıdır ki, bir illik təqdirlər: xeyir, şər, ziyan, mənfəət, ruzi, ömür möhlətləri... ölçülüb biçilər.
Buna görədir ki, onu Qədr gecəsi adlandırıblar. Yəni, ölçülüb-biçilmək gecəsi”./Deyerler.