Həzrəti Peyğəmbər (s) İmam Əliyə (ə) iftar zamanı necə dua etməyi tapşırardı?!


İmam Sadiq (ə) nəql edir ki, Peyğəmbər (s) Əmirəl-möminə (ə) xitab edərək buyurur: “Ey Əbəlhəsən! Ramazan ayı bizə üz çevirmişdir. İftardan əvvəl dua et. Çünki Cəbrayil (ə) mənim yanıma gəldi və dedi: “Ey Muhəmməd! Hər kim Ramazan ayında iftardan əvvəl bu cür dua edərsə, Allah Təala onun bu duasını yerinə yetirər, oruc və namazını qəbul edər. 10 duasını yerinə yetirər, günahını bağışlayar, qəm və qüssəsini aradan aparar, giriftarlıqlarını aparar və hacətini yerinə yetirər. Onu məqsədinə çatdırar və əməlləri peyğəmbərlərin və siddiqlərin əməlləri ilə birlikdə yuxarı qalxar və qiyamət günü on dörd günlük Ay kimi parlayar”.

Dedim: “Ey Cəbrayil! O dua hansıdır?”.

Dedi: “De: “Allahım! Ey böyük aydınlığın Allahı, ey hündür taxtın Allahı, ey Tövratın, İncilin, Zəburun və əzəmətli Quranın Allahı, Sən səmada olan hər kəsin məbudusan. Yerdə olan hər kəsin məbudusan. Onların arasında Səndən savayı məbud yoxdur. Sənsən Qahir, səmada və yerdə olan hər kəsə hakimsən. Onların arasında Səndən savayı Qahir yoxdur. Sənsən səmada olan hər kəsin padşahı və yerdə olan hər kəsin padşahı. Onların arasında Səndən savayı padşah yoxdur.

Səni böyük adının, böyük zatının nurunun, qədim və əzəmətli padşahlığının haqqına and verirəm, ey Diri olan, ey Davamlı olan, ey Diri olan, ey Davamlı olan, Ey Diri olan, ey Davamlı olan!

Səndən o adının haqqına istəyirəm ki, hər şey ondan şüa almışdır. O adına ki, səma və yer onunla aydınlanmışdır. O adına ki, keçmişdəkilər ona ləyaqət əldə etmişdilər və gələcəkdəkilər ona layiqli olacaqlar.

Ey, hər bir canlıdan əvvəl canlı olan, ey hər bir canlıdan sonra canlı olan. Səndən başqa məbud yoxdur.

Salavat göndər Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) və günahlarımı bağışla.

İşlərimdə asanlıq təqdir et. Məni Muhəmmədin (s) və nəslinin dininə, Muhəmmədin (ə) və nəslinin hidayətinə, Muhəmməd (s) və nəslinin sünnətinə ki, salam olsun ona və onlara, bərpa et və sabitqədəm et.

Mənim əməl və rəftarımı üstün məqamda qəbul et və mənə (o şeyi) bağışla ki, dostlarına və rəhbərlərinə bağışlamısan. Çünki mənim Sənə imanım vardır və Sənə təvəkkül edirəm. Sənin dərgahına nalə edirəm, (bilirəm ki) qayıtmağım Sənə tərəfdir. O şey ki, xeyir və yaxşılıqdır (Səndən istəyirəm ki) – hamısını mənim üçün, ata, ana, nəslim və övladlarım üçün toplayasan. Hər o şey ki, pisdir – hamısını məndən, ata, ana, nəslim və övladlarımdan qaytarasan.

Sənsən mehr göstərən və nemət bəxş edən. Səmanı və yeri vücuda gətirən. Xeyir (və yaxşılığı) hər kim üçün istəsən, əta edərsən. Onu hər kimdən istəsən, qaytararsan. Ona görə də mehr və rəhmətinlə mənə minnət qoy, ey Mehribanların ən Mehribanı!”””. (Beytutə saytı)

Allah Təala bizlərə Öz tofiqatını qismət etsin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter