Oruc insanı hansı qəfəsdən çıxarır? Peyğəbmərin (s) hədisi
Mübarək Ramazan ayı bizə aləmin sirlərini dərk etmək üçün lazımi fürsətləri verir. Belə ki, il boyu insanın məşğuliyyətlərindən biri də qarnını doldurmaq və aclığını aradan aparmaq üçün səy göstərmək olur. Ancaq bu ay insana fürsət verir ki, bu məşğuliyyətlərdən uzaq şəkildə aləmin sirləri barəsində düşünsün və kəşflər etsin. Tox olan qarın insan ağlını süstləşdirər və düşünməyə imkan yaratmaz.
Əmirəl-möminin (ə) bir gün bağbanına deyir: “Yeməyin vardırmı?”.
Bağban deyir: “Sadə yeməyim vardır, ancaq sizə layiq deyildir. Yağsız kədudan yemək hazırlamışam”.
Həzrət (ə) buyurur: “Hazır et”.
İmam (ə) əllərini yudu və o yeməkdən yedi. Sonra qarnına işarə edərək dedi: “Bu qarın belə sadə yeməklə doyar. O insanların halı pisdir ki, qarnı onu atəşə aparar”.
İmam Sadiq (ə) buyurur: “Baxmayaraq ki, oruc tutmaq çətindir, ancaq Allahın bu nidası orucluğun yorğunluğunu insandan aparır. Allah buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
Bildiyimiz kimi, Həzrət Peyğəmbər (s) Şəban ayının son günlərində xütbə oxuyur ki, “Şəbaniyyə xütbəsi” adı ilə məşhur olmuşdur. Bu xütbədə buyurur: “Ey insanlar! Siz azad deyilsiniz, qəfəsdəsiniz. Bilmirsiniz ki, qəfəsdəsiniz. Günahlarınız sizi qəfəsdə həbs etmişdir. Mübarək Ramazan ayında özünüzü istiğfar vasitəsilə bu qəfəsdən azad edin. İslam dinində heç bir şeyin dəyəri azadlığın dəyəri kimi deyildir”. (Həvzəh)
Ona görə də deyə bilərik ki, Ramazan ayı – azad olmaq ayıdır. Hər gün gərək öz ətrafımıza bürüdüyümüz kəndirləri bir-bir açaq ki, azad ola bilək. Hikmətləri dərk etmək və azad olmaq üçün isə ən yaxşı yol – ibadətdir.
Bəs oruc qəbirdə nə edər? İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin qəbrə daxil olar, namaz sağ tərəfində, zəkat sol tərəfində, yaxşı əməlləri başının üstündə qərar tutar. Oruc bir küncdə əyləşər və o zaman ki, iki sual verən mələk möminin yanına gələr, oruc namazla zəkata deyər: “Dostunuzu müdafiə edin. Əgər bacarmasanız, mən müdafiə edəcəyəm”.Deyerler.