Bütün gecə ibadətlərinin savabı, xəstəyə 1 gecə qulluq etməyin savabından kiçikdir?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir gecə və gündüz xəstəyə qulluq edərsə Allah onu İbrahim Xəlil (ə) ilə məhşur edər və Sirat körpüsündən işıq sürəti ilə keçər”.
Xəstəyə bir gün baxmaq – insanı Siratdan keçirən əməllərdəndir. Hər kimin bu körpüdən sağ-salamat keçmək qorxusu vardırsa, onda bu əməl ilə özünü sığortalaşmış olar.
Xəstəyə qulluq etmək asan bir iş deyildir, ancaq insan əgər bu işi boynuna götürürsə, onu gərək canla-başla yerinə yetirsin. Sadəcə axirət niyyətilə deyil, həm də xəstəni şad edib, sevindirmək niyyətilə yerinə yetirməlidir. Çalışmalıdır ki, onun könlünü alsın və dərdini kiçik də olsa, azaltsın.
Xəstəyə xidmət etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Əllamə Təbatəbai buyurmuşdur: “Mən, bütün gecə namazlarımın savabını bir gecə xəstəyə qulluq etməyin savabı ilə dəyişməyə hazıram”.
Alim bu qədər əziyyət çəkmiş və uzun illər boyu gecə namazı qılmışdır. Ancaq xəstəyə bir gün qulluq etməyin savabından agah olduğu üçün, buyurur ki, bütün bu savabları bir gecə xəstəyə qulluq etməyin savabı qarşılığında verməyə hazırdır.
Bir halda ki, Müqəddəs Quran buyurur ki, gecə namazının savabı sonsuzdur və Allahın yanındadır. Heç kəs onun nə qədər olduğundan və nə olduğundan xəbərdar deyildir, Allahdan başqa. Ancaq alim buyurur ki, mən bu savabları verməyə hazıram. Deməli xəstəyə qulluq etmək o qədər böyük əhəmiyyətə malikdir ki, Əllamə kimi bir alim bu sözü dilinə gətirmişdir. Allah Təala bizə kiçik görünə bilən böyük əməlləri yerinə yetirməyə Özü tofiqat versin./Deyerler.