Oruc tutduqda insan bədənində nə baş verir? İzahlı


Bədən kənardan ərzaq qəbul etmədikdə toplamış olduğu şəkəri istifadə edir, eyni zamanda bədən orucu təhlükə kimi qəbul edərək adrenalin ifraz edir. Adrenalin sayəsində ağrılar yavaşıyır və orqanizm iltihablarla mübarizə apara bilir. Həmçinin beyin böyük miqdarda enerjiyə ehtiyac duymağa davam edir, bunu da bədən tamamilə ödəyir. Şəkər ehtiyatı bitdikdən sonra növbə zülal anbarına gəlir və ən nəhayət piy ehtiyatlarını işə salır.



Qaraciyər yağ turşularından yüksək enerjiyə malik keton elementləri ifraz edir. Keton elementləri qan dövranı sayəsində beyinə qədər çatır. Eyni zamanda əhəmiyyətli hüceyrə prosesi başlayır, beləcə, hüceyrələr təmizlənir. Bu, proses autofagiya adlanır və hüceyrələrin öz-özünü yeməsi mənasını verir. Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir.



Yeri gəlmişkən, autofagiya prosesini 2016-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatını alan 71 yaşlı yaponiyalı alim Yosinori Osumi kəşf edib. Osumi hüceyrənin daxili komponentlərinin deqradasiyaya uğraması prosesi – autofagiya sahəsində kəşflərə görə mükafatlandırılıb. Osumi Nobel mükafatına layiq görülmüş 23-cü yapon alimidir.


Osuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarıb. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açıb.



Bir sözlə, bu zaman orqanizm kənardan qidalanmadığı üçün öz ehtiyatından faydalanır, eyni zamanda autofagiya sayəsində öz “hüceyrə zibilini” də təmizləyir. Uzun müddət oruc tutan insanlarda 2-ci və ya 3-cü gündən sonra yüngüllük əmələ gəlir və insan daha çox rahatlaşmağa başlayır. Bir çoxu orucun çətin mərhələsini keçdikdən sonra özlərini fəal, xoşbəxt və firavan hiss edir, zehni işlə məşğul olan insanlar isə daha rahat düşündüklərini etiraf edir.



Çinli həkim Çen Jianmin ictimaiyyətin və cəmiyyətin qarşısında 49 günlük su orucu tutaraq rekord qırıb. Oruc tutduğu müddətdə əhvalında da müsbət tərəfə doğru dəyişiklər müşahidə olunub. Bu da orqanizmin oruc zamanı \"serotonin\" ifraz etməsi ilə əlaqədardır. Çen Jianmin bu rekordu ilə sehrbaz Devid Blainenin 44 günlük su orucunu yeniləyib. Devid Blaine bu təcrübəni şəffaf plastik qutuda havadan asılı şəkildə insanların görə biləcəyi bir yerdə həyata keçirmişdi.



Nəticə etibarı ilə orucun bədən və zehin üzərində bir çox müsbət təsirə malik olduğu elmi araşdırmalarda təsdiqlənib. Lakin bilməlisiniz ki, uzun müddətli orucluq hər kəsə görə deyil və bunlar ancaq nəzarət altında peşəkar yardım ilə aparılmalıdır. Hər kəsin orqanizmi fərqlidir və hər kəs oruca uyğun olmaya bilər.\\islaminsesi




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter