Ramazan ayının ikinci günündə Allah-Taaladan (c.c) hansı diləyi arzu edək?!


Ramazan ayının ikinci gunu oxunan dua:
İlahi! Bu gündə Səni razı salacaq əməlləri etməyi mənə nəsib et!
İlahi! Səni qəzəbləndirəcək, hayif çıxacaq və əzab verəcək əməllərdən məni uzaq saxla!
İlahi! (Bu gündə) Sənin göndərdiyin Qurani Kərimin ayələrini oxumağı mənə nəsib et!
Ey mərhəmətli və mehribanların mehribanı.

Qurani Kərimi oxumağın faydaları nələrdir? Məsumlardan hədislər
İslam Peyğəmbərinin (s) və Əhli-beytin (ə) hədislərinə əsasaən Quran oxumağın fayda və bərəkətləri:
1- İslam Peyğəmbəri (s) buyurmuşdu: “ Sizlərdən hər kim Allahla danışmaq istəsə, gərək Quran oxusun.” (1) Allahın razılığını qazandıran əməlləri yalnız Quranın ayələrində tapmaq olar.
2- İmam Əli (ə) buyurmuşdu: “Quran oxunuşu imanın inkişafıdır.” (2) Quranın uca maarifi insanın imanının möhkəmlənməsinə səbəb olar!
3-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Qurani Kərimin oxunuşu günahların kəffarəsidir.” (3) Quran oxuyan günahlarının mənfi təsirlərini həyatından uzaqlaşdıra bilər!
4-İmam Əli (ə) buyurmuşdu: “Hər kim Quranla ünsiyyət taparsa, başqalarının ondan uzaqlaşması onu qorxuya salmaz.” (4) Quran oxuyan şəxs heç zaman özünü tək hiss etməz.

1-Kənzul Ummal kitabı, cild-1, səh: 2257
2- Şərh Qərərul-hikəm kitabı, cild-5, səh: 131
3-Biharul-Ənvar, cild-92, səh: 17
4-Şərh Qərərul-hikəm kitabı, cild-5, səh: 369/sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter