Hədislərə əsasən oruc tutmağın fəlsəfələri necə izah olunur?!


Cavab: İslam şəriətində hər bir əməlin fəlsəfə və təsirləri qeyd olunmuşdur. O cümlədən İslam maarifində oruc tutmağın fəlsəfələri haqda hədislərdə belə izahatlar verilir:
1-İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir: “Oruc tutun, sağlam olasınız”. (1)
2- İmam Əli (ə) buyurmuşdu : Hər bir şeyin ödəniş haqqı vardır, sağlam bədənin ödəniş haqqı isə oruc tutmaqdır.” (2)
3-İmam Sadiq (ə) buyurmuşdu: “Allah-Taala (c.c) orucu vacib etdi ki, varlı ilə kasıb bərabər olsunlar.” (3)
4-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Orucluq ramazan olaraq adlanıb, Çünki (Ramazan və orucluq) günahları məhv və əridər.” (4)
5- Hz Fatimeyi Zəhra (ə.s) buyurmuşdu: “Allah-Taala (c.c) (bəndəsinə) orucu ixlasın qalıcı və həmişəlik olması üçün vacib etmişdi.” (5)
6- Hz Peyğəmbər (s) səhabəsinə belə buyurmuşdu: “Ey Usamə! Sənə tapşırıram oruc tutmağı! Çünki oruc tutmaq insanı Allaha yaxınlaşdırar.” (6)

1- Biharul-Ənvar, cild- 96, səh: 255 hədis: 33
2-Nəhcül-bəlağə, hikmət- 131, səh: 1152
3-Vəsail əş-Şiə, cild-7, səh: 3, hədis-1
4-Mizanul-Hikmə, cild-4, səh: 176, hədis: 7441
5- Biharul-Ənvar, cild- 96, səh: 368 hədis: 47
6-Biharul-Ənvar, cild- 96, səh: 258 hədis: 41- sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter