Ramazan ayının birinci gunundə Allah-Taaladan (c.c) istəyimiz nə olmalıdır?!


Cavab: İslami dua kitablarında gəlmişdir: Ramazan ayının birinci gunundə belə dua edilir:
“İlahi! Mənim bu günkü orucumu həqiqi oruc tutanların orucunun cərgəsinə sal!
İlahi! Mənim bu günkü oyaq qalmağımı həqiqi oyaq qalanların cərgəsindən hesab et!
İlahi! Məni bu gün qəflətə düşənlər yuxusan oyat və günahlarımı bağışla Ey dünyadakıların Allahı!
İlahi! Mənim günahlarımdan keç – Ey Günahları bağışlayan Allah!

İslam hədislərə əsasən oruc tutanların üç mərtəbəsi vardır:

1- Oruca yeni başlayanların oruc tutması! Bu cürə oruc şəriətdə müəyyən edilmiş 9 əməldən uzaq durmağın vacıbliyindən ibarətdir.

2-Xüsusi insanların orucu! Bu dəstə oruc tutanlar isə şəriətin haram buyurduqlarından uzaq durmaqdan əlavə göz, qulaq, əl, ayaq, bədən üzvlərini haram işlərdən də qorusun.

3- Allah övliyalarının orucu isə belə olar ki, çəkindirilən əməllərdən uzaq durmaqdan əlavə, oruclu halda bütün diqqətlərini Allahın razılığı üçün nəzərdə tutarlar.
İmam Sadiq (ə) buyurdu: “Oruc təkcə bununla deyil ki, insan yeməyə və içməyə, bəlkə həqiqi (insan mənəviyyatına təsirli olan oruc) hər zaman oruc tutsan gərək qulaq, göz, dil, qarının da oruc olsunlar və əlini və şəhvətlərini qoru!” - Vəsail əş-Şiə hədis kitabı. Cild- 7. Səh: 118. Hədis: 10. sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter