Oruc tutarkən obaşdan etməməyin mənfi təsiri və zərərləri vardırmı?!


Yuxularını bölməmək üçün obaşdanaya qalxmadan oruc tutanları, qan şəkərinin düşməsi, halsızlıq və baş ağrısı gözləyir.
Qidalanma və pəhriz mütəxəssisləri, obaşdanada yemək yemədən tutulan orucun həm çətin olduğunu, həm sağlamlığa zərər verdiyini, həm də kökəlmə riskini artırdığını bildirib.

Mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: \"Oruc tutanlar mütləq obaşdana etməlidir. Çünki obaşdanaya qalxmadan oruc tutulsa, aclıq müddəti daha da artacaq. Bu da insanda maddələr mübadiləsinin sürətinin və qanda şəkərin səviyyəsinin düşməsinə, halsızlığa və baş ağrısına səbəb olacaqdır. Digər tərəfdən, obaşdanasız oruc tutanlar, iftarda özünü çox yeməkdən saxlaya bilməyəcəklər. Bununla yanaşı, şəkər yemək istəyini də artır və bu da kökəlməyə səbəb olur. Bu səbəbdən, mütləq şəkildə obaşdana edilməlidir.\"Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter