İnsan nə etsin ki, qəbir əzabını yüngülləşdirsin?
İnsan fanidir və bir gün dünyasını dəyişəcək və başqa dünyaya köç edəcəkdir. Cansız bədəni isə yeni evi olan qəbirdə qalacaq və əzab görəcəkdir. Hədislərimiz buyurur ki, çox az insan vardır ki, qəbir əzabı görməz. Hətta bəzi böyük şəhidlər belə, qəbir əzabından əziyyət çəkmişlər.
Qəbir əzabını artıran və azaldan əməllər vardır ki, onlarla tanış olaq.
Çoxaldan əməllər:
1. Pis əxlaqa malik olmaq.
2. Söz gəzdirmək, təharətə riayət etməmək.
3. Məzluma yardım etməmək.
4. İlahi nemətləri zay etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin üçün qəbir əzabı, zay etdiyi nemətlərin kəffarəsidir”. (Beytutə)
Azaldan əməllər:
1. Gecə namazı və rükunu kamil şəkildə yerinə yetirmək. İmam Rza (ə) buyurur: “O kəs ki, gecə namazı qılar və vitr namazının qunutunda 70 dəfə istiğfar edərsə, qəbir əzabından pənahda olar”.
İmam Baqir (ə) buyurur: “Hər kim namazının rükusunu kamil şəkildə yerinə yetirərsə, qəbir əzabı ona çatmaz”.
2. Sədəqə vermək.
3. Ölən üçün vəhşət namazı qılmaq.
4. Həccə getmək.
5. Quranın bəzi surələrini oxumaq. İmam Əli (ə) buyurur: “Hər kim hər cümə “Nisa” surəsini oxuyarsa, qəbir əzabından amanda olar”.
bu kimi surələrə də: “Yasin”, “Zuxruf”, “Təbarük” bu mövzunu aid edirlər.
6. Əgər insan cümə günü ölərsə.
7. Dəfn olunan zaman kəfəninə iki nəm çubuq qoymaq.
8. Qəbrin üzərinə su tökmək./Deyerler./