Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?
Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən kimi cəhənnəmin qapıları bağlanar və behiştin qapıları açılar. Şeytanlar zəncirə vurular”. (Avini)
Digər yerdə əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytanlar zəncirə vurular”.
Bu hədisi İmam Baqir (ə) öz cəddindən nəql etmişdir. Həzrətin (ə) nəqlinə görə, Həzrət Peyğəmbər (s) o zaman ki, Ramazan ayının hilalını görərdi, üzü qibləyə dayanıb buyurardı: “Allahım! Bu ayı bizim üçün əmin-amanlıq, iman, sağlamlıq, müsəlmanlıq, çoxlu ruzi, xəstəlikləri dəf etmək, Quran tilavəti, namaz və oruca yardımla yenilə. Allahım, bizi Ramazan ayı üçün sağlam saxla, Ramazan ayını da bizim üçün. Bizdən qəbul et o zamana qədər ki, Ramazan ayı sona çatar və biz bağışlanmış olaq”.
Sonra üzünü insanlara tutub buyurardı: “Ey müsəlmanlar! O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytan zəncirə vurular. Səmanın qapıları, behiştin qapıları və rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar. İstəklər yerinə yetər. Hər iftar zamanında Allahın azad etdikləri vardır ki, onları cəhənnəm aətşindən azad edər. Hər axşam carçı car çəkər: “İstəyən vardırmı? Bağışlanma diləyən vardırmı?”””.
Bu hədisdə də gəldiyi kimi, Ramazan ayı başlayan kimi insanlara tələ quran şeytanlar zəncirə vurular. Bunu qeyd etmək lazımdır ki, şeytanın zəncirə vurulması o demək deyildir ki, onun tərəfindən bizim əleyhimizə heç bir iş görülməyəcəkdir. Peyğəmbərin (s) kəlamı bir metafora ola bilər və bu mənaya işarə edir ki, bu mübarək ayda şeytanın fəaliyyəti məhdud olduğu üçün əvvəlki kimi vəsvəsə edə bilmir. Lakin buna baxmayaraq, o lənətliyin ardıcılları çox olduğu üçün, şeytanın işini yerinə yetirə bilirlər. İnsan bu hədisə görə arxayın olmamalı və diqqətini əldən verməməlidir.
Sadəcə, bu ayda şeytan (ə) zəiflədilir və insanın islahı üçün maneələr azalır. Yəni, insanın vücudi fürsətləri artır. Əgər diqqət etsək görərik ki, mübarək Ramazan ayında da günahlar edirik. Bu, o deməkdir ki, şeytan (lən) öz işini görməkdədir və biz gərək günaha görə ayıqlığımızı əldən verməyək və rahat olmayaq. Başqa aylarda olduğu kimi, nəfsimizin düşməni olaq və onunla mübarizə aparmağa davam edək./Deyerler.