Pul tapan cavan, hansı yolu seçdi? İmam Sadiqin (ə) səhabəsi


Bir gün bir cavan İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ağacan, sərmayəm yoxdur”. İmam (ə) ona buyurur: “Doğruçu ol! Allah ruzini çatdıracaqdır”.

Cavan bu sözlərdən sonra İmamın (ə) yanından çıxır və gedir. Yolda bir kisə pul tapır. Onun içində 700 dinar pul var idi.

Öz-özünə deyir: “Gərək İmamın (ə) buyuruşuna əməl edəm. Ona görə də insanlara elan edəcəyəm ki, bu kisənin sahibini tapsınlar”.

Yüksək səslə deyir: “Hər kim pul kisəsi itiribsə, gəlib nişanəsini desin və aparsın”. Bir nəfər gəlir və kisənin nişanəsini deyir. Cavan da kisəni ona qaytarır.

Sonra İmamın (ə) yanına gəlib, olanları Həzrət Sadiqə (ə) danışır. İmam (ə) ona pul verərək, buyurur: “Bu halal 70 dinar, o haram 700 dinardan daha yaxşıdır. Onu Allah sənə çatdırmışdır”. Cavan o pulla ticarət edər, çox zəngin olur. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter