Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti


Oruc da başqa vacib əməllər kimi, xüsusi hikmətə malikdir. Orucun 5 mühüm hikməti vardır ki, onlarla tanış olaq:

1. İxlas əldə etmək və özünü islah etmək üçün. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası təsdiq etmək üçün vacib etmişdir”.

2. Cismi qüvvələrin balansını təmin etmək üçün . Orucun ikinci hikməti odur ki, oruc tutanın bədənini tənzimləyər və bədən balansını normaya salar. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.

3. Təqvanın təmrini üçün. Orucun üçüncü mühüm hikməti – təqvanı təmrin etməkdir. Müsəlman Ramazan ayı boyunca bir ay ərzində təqvasını təmrin edər, nəfsinə qalib gələr. Müsəlman halal qidadan çəkinərək, başqalarının malına əl uzatmamağı öyrənər. Həyat yoldaşının yanına getməməklə, başqasının namusuna göz dikməməyi öyrənər.


4. Zənginlə yoxsul arasında olan fasilə azalar. Oruc tutanın çəkdiyi aclıq, susuzluq, məhrumiyyət – orucun başqa hikmətlərindəndir. Oruc zəngin insana yoxsul insanın çəkdiyi əziyyəti daddırır və onunla həmdərd olmasına səbəb olur. Nəticədə zəngin ilə yoxsul arasında olan fasilə azalır. Zəngin başa düşür ki, onun bir ayda çəkdiyi bu əziyyəti yoxsul insan bütün ömrü boyu çəkir. İmam Hüseynə (ə) sual verirlər ki, Allah orucu niyə vacib etmişdir? Həzrət (ə) buyurur: “Zəngin aclığı dadsın və ehtiyacından artığını yoxsula geri qaytarsın”.

5. Axirəti yada salmaq üçün. Oruc insana axirəti xatırldar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Bu ayda aclıq və susuzluğunuz ilə Qiyamət gününün aclıq və susuzluğunu yada salın”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter