Şaban ayının son günü üçün hansı əməllər tövsiyə olunur?!


Şaban ayının son günü barədə bir sıra əməllərin yerinə yetirilməsi və bəzi münacatların oxunması tövsiyə edilib.


İslaminSesi xəbər verir ki hicri təqvimi ilə şaban ayı bitmək üzrədir. Hədislərdə qeyd edilir ki böyük savaba malik olan oruclardan biri də ramazan ayını qarşılamaq və ona hörmət bəsləmək əlaməti olan orucdur. Hədislərdə əlavə edilir ki bu oruclar şaban ayının son 3 gününü üçün tövsiyə olunur.

Kənzul-Ummal əsərində gəlib ki səhabələrdən biri Peyğəmbərə “Ya Rəsuləllah ən yaxşı oruc hansıdır” sualını verir. Peyğəmbər buyurur: “Ramazanı əzəmətli tutan (onu qarşılayan və böyük tutan) oruc ən yaxşıdır.”


əl-Xisal kitabında İmam Sadiqdən (ə) belə bir hədis gəlib: “Şabanın son 3 gününü oruc tutub onu ramazana birləşdirən şəxs üçün Allah ardıcıl şəkildə orucu tutulmuş iki ayın savabını yazar”

Bu hədislərdən bəlli olur ki şabanın son gününün əsas əməli oruc tutmaqdır. İmam Rzanın Əbus-Səltə şabanın son günü barədə tövsiyəsində bu göstərişlər yer alıb:

“Ey Əbus-Səlt şabanın çoxusu geridə qaldı, çalış bu gündə istiğfar və tövbə et!”, “Quran oxu”, “boynunda qalan haqları və əmanətləri qaytar” , “Belə bir gündə kimsəyə qəlbində kin saxlama”



İmam sonda buyurur: “ Bu ayın qalan günlərində bu duanı oxu: Allahummə illəm təkun ğəfərtə ləna, Fima məda min şəban, Fəğfir ləna fima bəqiyə minhu”

Tərcüməsi: “İlahi şabanın keçən günlərində günahlarımızı bağışlamamısansa geridə qalan günlərdə bizi bağışla”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter