İmam Hüseyn (ə) günah edən şəxsə hansı 5 məsələyə diqqət etməyə çağırdı?!


Bir nəfər İmam Hüseynin (ə) xidmətinə çatır və deyir ki, mən günahkar bir insanam. Özümü günahdan qoruya bilmirəm. Ona görə də sizin nəsihətinizə ehtiyacım vardır.



İmam (ə) buyurur: “Bu beş işi gör və sonra nə qədər istəsən, günah et!



1. Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir!

2. Allahın hakimiyyətindən xaric ol və hər günahı istəsən, yerinə yetir!



3. Elə yer tap ki, Allah səni tapa bilməsin, sonra hansı günahı istəsən, yerinə yetir!

4. O zaman ki, ölüm mələyi sənin canını almaq üçün gələcəkdir, bacarsan, onu özündən uzaqlaşdır və sonra hansı günahı istəsən, yerinə yetir!



5. O zaman ki, cəhənnəmin maliki səni cəhənnəmə daxil edər, əgər imkanın varsa, daxil olma və sonra hansı günaha meyil etsən – onu yerinə yetir!”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter