İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?


(Ayətullah Misbah Yəzdinin əxlaq dərslərindən)

Hələ qədim zamanlardan bəri əxlaq və din alimləri əxlaqi mövzularını üç dəstəyə bölmüşdülər: şəhvət, qəzəb və ağıl.



Əxlaq filosofları yunan filosoflarından ilham alaraq deyirlər ki, hər bir şeydə etidala riayət olunduğu kimi, əxlaq mövzularında da ifrat və təfrit etmək olmaz. Misal üçün, şücaət fəzilətli sifətdir, onun ifrat və təfriti iki rəzil sifətin meydana gəlməsinə səbəb olur. Biri qorxaqlıqdır, biri isə sərtlik və kobudluqdur.



Allahın insan varlığında qərar verdiyi hər bir qüvvənin hikməti vardır. Ona görə də hər biri öz yerində istifadə olunmalıdır. Əgər öz vəzifəsinə görə istifadə olunmazsa, bor yerə xəlq olunmuş kimi olar. Bəzən insan bir qüvvəsini gücləndirmək üçün o qədər səy göstərir ki, qalan qüvvələri unudar və qəflət edir. Şübhəsiz ki, bu ifrat insana yaraşmaz və əslində, heyvani hisslərinin təsirindəndir. Allah insana ağıl vermişdir.



Aqil insan ancaq qarnını və üst-başını düşünməklə kifayətlənməz, o, başqa ehtiyaclarına da nəzər salar.



Qurani-Kərim insanın rəzil sifətləri olan qəflət, üsyan, cəhalət kimi sifətlərinə çox diqqət edir. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki)cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün)baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).



O zaman ki, insan axirət əzablarını görər ona deyərlər ki, bu, həmin o şeydir ki, sənə dünyada dəfələrlə deyir və yada salırdıq. Ancaq sən qəflət pərdəsi arxasında idin və indi həmin pərdəni kənara çəkmişik və gözlərin görməyə başlamışdır. “Və deyərlər: «Əgər Biz (həqiqətən) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq»”. (“Mulk” 10).



Qəflət o şeydir ki, insana həqiqətləri gizlədər və onu başqa yersiz işlərlə məşğul olmağa vadar edər. Qafil insan öz ağlından faydalanmaz və heyvani hisslərinə daha çox üstünlük verər.



Qafil insan əvvəl özünü unudar, sonra isə Allahını. O kəs ki, özünü unudar, insanlığını unudar və kim olduğunun həqiqətinə diqqət etməz. Onun həyatı, mahiyyətcə heyvanların həyatından fərqlənməz. Dünyanın maddi cazibəsi onu o qədər özünə cəzb edər ki, başqa şeyi düşünməz və nə üçün xəlq olduğunu unudar. Belə bir insan nə dünyada və nə də axirətdə səadət üzü görməz. Halbuki, Allah Təala Öz peyğəmbərlərini (ə) məhz insanları qəflətdən ayıltmaq üçün göndərmişdi.



Hər kim onların nəsihətlərinə diqqət edər – saədətə çatar. Hər kim qəflətdə olmağa davam edər – məğlub olanlardan olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter