Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?


Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.
Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.



Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”.


İmam Əli (ə) buyurur: “Yetimi elə tərbiyə et ki, necə öz övladını tərbiyə edirsən. Cəzalandıran zaman onu o şeylə vur ki, övladını vurursan”. (İslami saytlara istinadən)
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim yetimin başına nəvaziş əlini çəkərsə, əlinin altından keçən hər tükün sayına görə Allah ona bir neçə qat həsənə mükafat verər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter