Müsəlmanın başqa müsəlman üzərində olan əsas haqqı nədir?!


İmam Sadiq (ə) buyurur: “Müsəlmanın başqa müsəlman qardaşının boynundakı haqqı budur ki, görüşən zaman ona salam versin. Xəstə olan zaman onu ziyarət etsin. O, olmayan zaman onun xeyirxahlığını etsin. Nə zaman asqırsa, onun üçün dua etsin”.



Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman kimsə asqırsa, onun üçün dua edin, baxmayaraq ki, aranızdakı fasilə çox olsa da”. (Tebyan)



Bəs möminin üzərində olan ən mühüm haqq hansıdır?

İmam Sadiq (ə) buyurur: “Möminin başqa möminin boynunda 7 haqqı vardır. Onların ən vacibi budur ki, insan ancaq haqqı desin, baxmayaraq ki, özünün, ata və anasının əksinə olsa belə. Onlara xatir haqdan yayınmasın”.



Mənbələrimizdə bir əlamətdar məqama da toxunulur. Bildirilir ki, tərifləmək yerinə, mömin barədə qəlbində niyyətə diqqət edin.

İmam Hadi (ə) buyurur: “Nə zaman qardaşına etimad etdin, (zahirdə onu) mədh və tərifləmək yerinə (batinində) niyyətini yaxşı et”.



Bəs həqiqi dostun əsas nişanəsini necə müəyyən etmək olar?

Əmirəl-möminin (ə) buyurur: “Dost ona görə dost adlandırılır ki, sənə dininin xeyirinə fayda versin. Ona görə də o, sənin ürəyi yanan rəfiqindir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter