Özünü öymək xəstəliyindən qurtulmaq üçün hansı beş məsələyə diqqət etmək lazımdır?!


Öyünmək günahı - ən böyük günahlardandır. Əgər bu günah mömini əhatə edərsə, Allah lütfünü azladar və həmin şəxs günah çalasına düşər. Belə ki, günah bir çalaya bənzəyər, ancaq qürur dərin bir quyu kimidir. Qürur və öyünməkdən xilas olmağın bir çox yolu vardır və bu xəstəliyin dərmanları bunlardır:

1. Öz çatışmazlıqlarını tanımaq.

İnsan əgər öz zəif cəhətlərini və çatışmazlıqlarını tanıyarsa, təkəbbürünün qarşısını ala bilər. İnsan əgər dərk etsə ki, bu dünyada olan hər şey - Allahın həqiqi mülküdür və heç kəs bu dünyada qalası deyildir, gücsüz və ehtiyaclıdır - bu zaman təkəbbürünə qalib gələ bilər. Axı insanın özünəməxsus elə bir şeyi yoxdur ki, onunla öyünsün.

Əmirəl-möminin (ə) buyurur: “Möhtac Adəm övladının ölümü örtülüdür və xəstəliyi gizli, əməlləri yazılmışdır. Ağcaqanad ona əziyyət verər və təri - onun üçün pis iy amilidir”.

2. Allahı zikr etmək.

Təkəbbür və qürurdan xilas olmağın yollarından biri də Allahı zikr etmək və yada salmaqdır. Allahı yada salmaq daima qəlbə sığal çəkər və ruhu rahatladar. Allahı yada salmaq nəticəsində insan üsyünkar nəfsini ram edər. Ona görədir ki, İmam Əli (ə) buyurur: “Allah imanı şirkdən pak olmaq amili qərar vermişdir. Namazı isə təkəbbürdən pak qalmaq amili”.

3. Ölümü yada salmaq.

Qüruru müalicə edə bilən yollardan biri də ölümü yada salmaqdır. Belə ki, hər bir insan bu dünyada əbədi yaşamaz və bir gün çarəsiz getməlidir. Bir gün bütün pis və yaxşı əməllərinin hesabını verməlidir. İmam Əli (ə) buyurur: “Allah sizə rəhmət etsin hərəkətə hazır olun ki, köçmək nidası aranızda yüksəlmişdir”.

4. Dünyanın keçici və fani olmasına diqqət etmək.

Təkəbbürü müalicə etməyin yollarından biri də dünyanın fani olmasını yadda saxlamaqdır. Əgər insan dərk etsə ki, bu dünyada əbədi olaraq qalmayacaqdır və bu dünya o biri dünyaya keçid körpüsüdür, yükünü ağır etməz. Ən azı ehtiyacı olan şeyləri özünə yükləyər. Çünki bu körpüdən keçmək - çox məşəqqətlidir və yol da uzundur. İnsan gərək müsafir olduğunu unutmasın.

5. Başqalarını sevmək.

Xeyirxahlıq və başqalarını sevmək bu xəstəliyin başqa bir dərmanıdır. İnsan əgər özündən başqasını sevməyə qadir olarsa, o zaman onun xeyirini istəyər və onun üçün çalışar, səy edər. Belə bir insanda təkəbbür və qürur hissi azalar. “Mən” deyil, “biz” deyə düşünər.

Qürur – şeytandandır, sevgi isə Allahdan. Ona görə çalışaq ki, Allahın sevgisini və məhəbbətini kəsb edək və şeytanın qürurundan uzaq olaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter