Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır?!


İmam Baqir (ə) buyurur: “Allahın (günah qarşısında) ruh və cismə cəzaları vardır: ruzi çətinliyi, ibadətdə süstlük. Ancaq Allah heç bir bəndəsini daş ürəklilik kimi şiddətli cəza ilə cəzalandırmamışdır”.

Həqiqətdə Allahın cəzası insanın öz pis əməlinin məhsuludur. Bu cəza bəzən özünü maddi həyatda göstərir və insan ruzi çətinliyi çəkir. (Həzvəh)

Bəzən də ibadətə qarşı süstləşir və Allahla münacat etməyin ləzzətini itirir.

Ancaq bütün bunların ən təhlükəlisi odur ki, insanın günahlarının cəzası qəlb qəsavəti şəklində təzahür etsin. O zaman ki, qəlb qəsavət bağlayar və daş parçasına çevrilər, hər cür insani hisslərdən və həmdərd olmaqdan uzaqlaşar – insan öz insanlığını əldən verər.

Bu ağır cəza – insanın günahların müqabilində özünə qazandığı ən şiddətli cəzadır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter