Həzrəti Peyğəmbərdən (s) yol göstərən tapşırıqlar!


Məcaşə adlı bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, “Allaha mərifət yolu haradadır?”.

Həzrət (s) buyurur: “Özünü tanımaqda”.



Soruşur: “Allaha gedən yol hansıdır?”.

Həzrət (s) buyurur: “Nəfsinlə müxalifətlik etməkdə”.



Soruşur: “Allahın razılığını əldə etməyin yolu hansıdır?”.

Həzrət (s) buyurur: “Nəfsi qəzəbləndirməkdə”.



Soruşur: “Həqiqətə çatmaq yolu hansıdır?”.

Həzrət (s) buyurur: ““Mən”indən hicrət etməkdə”.



Soruşur: “Allah itaətini əldə etməyin yolu hansıdır?”.

Buyurur: “Nəfsə itaətsizlik etməkdə”.



Soruşur: “Haqqı öyrənməyin yolu necədir?”.

Buyurur: “Özünü unutmaqda”.



Soruşur: “Allaha yaxınlaşmağın yolu hansıdır?”.

Buyurur: “Nəfsdən uzaq olmaqda”.



Soruşur: “Allahla munis olmağın yolu hansıdır?”.

Buyurur: “Nəfsdən qorxmaqda”.



Soruşur: “Bu yolu necə getmək olar?”.

Buyurur: “Nəfslə mübarizə etməkdə Allahdan yardım istəməkdə”.



Bu hədisdən göründüyü kimi, insanın kamala çatmağına mane olan əsil amil – nəfsidir. Əgər nəfs insana tabe olarsa və ağlın hökumətini qəbul edərsə - insan bu zaman kamala çata bilər, əks halda bu mümkünsüzdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter