Hz Əli (ə)-ın hədisinə əsasən Həqiqi yetim kimdir?
“Əmirəl-möminin (ə) buyurur ki, yetim o kəs deyildir ki, atası ölmüş və getmişdir. Yetim – elm və ədəb yetimi olandır. O kəsin ki, kamalı olmaz, mərifəti və təqva əldə etməz – o, həqiqi yetim olar.
İnsanlar həqiqətən də yetimdirlər. Daş daşdan, torpaq torpaqdan rəng alar və təsirlənər. Bir budaq başqa budağa calaq edilər.
Ey cavanlar! Dinimiz nəzarət, hesab vermək və diqqət etmək mövzularına çox əhəmiyyət verir. İnsanın kiminlə dost olması mövzusu da dinimizin nəzərində çox mühümdür. İnsana təsir edən amillər çoxdur: ailə mühiti, valideynlərin tərbiyəsi və əxlaqı, dostları, müəllimləri, hətta yaşadığı məhəlləsi belə.
Həzrət Peyğəmbər (s) buyururdu ki, övladlarınızı dayəyə verən zaman o dayənin əxlaqına və adət-ənənələrinə diqqət edin. Çünki onun bütün bu sifətləri süd vasitəsilə övladınıza keçəcəkdir.
Övladınıza təhsil verən müəllimlər də o cürdür. Müəllimlərin əxlaqı və elmi, ədəbi – çox mühüm mövzulardandır ki, valideyn bunlara diqqət etməlidir.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Oğlum! Cavanın qəlbi boş və rəsmsizdir. Oraya əkilən toxum, ona təlqin edilən hər söz kök verər və onun üçün sabit bir rəng olar”.
Mərhum Fərhad Mirzə “Zənbil” kitabında yazır ki, ərəblərin ən tanınmış şəxsiyyəti olan Əbu Qəbis oğlanlarına qəribə adlar qoyurdu: birinə Pələng, birinə Şir adını qoymuşdu. Eyni zamanda nökərlərini də qəribə adlarla çağırardı. Ondan bu işin səbəbini soruşan zaman deyir ki, nökərlərimi özümə qulluq etmək üçün istəyirəm. Ona görə də onları siçan, keçi adları ilə çağırıram. Bu adlar tədricən onlara təsir qoyur və onlar özlərini bu adlara uyğun olaraq aparırlar. Övladlarımı isə düşmənlə vuruşmaq üçün böyüdürəm.
Bu, həmin şəxsin nəzəridir. Dinimiz bu nəzəri qəbul etmir. Dinimiz buyurur ki, övladlarınıza elə adlar qoyun ki, böyüyən zaman xəcalət çəkməsinlər.
Bu misalı ona görə çəkdim ki, hətta insanın adının belə, onun ruhuna və əxlaqına təsiri vardır.
Allah hamımızın xeyir və bərəkətini versin! Bu aləmin həqiqəti – siddiqlərin və peyğəmbərlərin (ə) məqamıdır. Heç kəs onlar kimi sizə qarşı mehriban ola bilməz. Ona görə də əgər yetim olmaq istəmirsinizsə, onların sözlərinə qulaq asın və onların rənginə boyanın. Ancaq bu zaman həqiqi insan ola bilərik”.DEYERLER.