İslam məzhəblərİ İmamın (ə) zühurunu prİnsİpcə yekdİl qəbul edİrlərmİ?


Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.
a) Şiə alimlərindən-Şəhid Sədr deyir: “Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, Əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...” (“Bəhsun hovlәl-Məhdi (ə)”, s. 103, 104.)
Şeyx Məhəmməd Rza Müzəffər deyir: “Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.” (“Əqaidul-İmamiyyə”, s. 77.)
b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: “Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”
Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və inadkar insanlar bu məsələyə şübhə edə bilər...” (“Cəmaətul-İslamiyyə”, 3-cü say.)
Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: “Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir...”

Zühura etiqad yalnız şiələrəmi məxsusdur?
Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahediciyə etiqad mövcuddur.
Quranda bir çox ayələrdə bu mətləbə işarə olunmuşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq:
“Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndə-lərim yer üzünün hakimi olacaqlar\".
Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitab-larında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.
Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdarlarından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dünyanın axırının necə olacağı barədə soruşdular. Həzrət İsa (ə) onların cavabında buyurdu:
“Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə dolduracaq. Mən o Həzrətin zühurundan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq\".

Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna etiqadı vacib sayırmı?
Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.
a) Şiə alimlərindən – Şeyx Səduq deyir: “Həzrətin (ə) halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız Həzrətin (ə) qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan fayda-lanmaq olar.” (“Kəmalud-din”, c.1, s. 19.)
b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: “Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir...”
Əbdül Möhsün ibn Həmdül-İbad yazır: “Məhdəviyyətin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-tәala möminləri qeybə inandıqlarına görə mədh etmişdir...” (“Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter