İnsan dünya və axirətdə nədən ayrıla bilməz?!


İnsanın öz əməllərini sorğulaması!İnsan harada olursa olsun, onun yaxşı və pisi də onunladır.

وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

\"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə öz-özünü hesaba çəkməyin yetər.\" (İsra, 13-14).

İzah: İnsanın əməl dəftəri əlinə veriləndə ona müraciət olunar: “İlahi ədalət divanına gətirilmədən özün öz əməllərini hesaba çək”. Bu o deməkdir ki, onun müqəddəratına şahidlik edən dəlillər çox aydın olacaq. Belə ki, hətta özü də iqrar və etiraf edəcək. Heç şübhəsiz, buna görə də bir çox rəvayətlərdə insanın dünyada öz əməllərini hesaba çəkməsi tövsiyə olunmuşdur.

Hədis: İmam Baqir (ə) – yuxarıdakı ayəni izah edərkən – : “İnsan harada olursa olsun, onun yaxşı və pisi də onunladır. Qiyamətdə əməl dəftəri ona verilənə qədər onlardan ayrıla bilməz.” (Təfsiri-Qumi, c. 2, səh. 17)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter