İmam Mehdinin (ə.f) zühurunu haradan biləcəyik?


Biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, İmam Həsən Əskərinin (ə) Mehdi (ə.f) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək. Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkün deyil. Bundan əlavə, möcüzə də o Həzrətin vücudunu təsdiqləyir.
Əhli-beytdən (ə) olan məsum İmamların hər biri İmam Mehdinin (ə.f) xüsusiyyətlərini qeyd etmişdir.

Əlbəttə, bu inancdan sui-istifadə də edilə bilər. Necə ki peyğəmbərlik məqamından sui-istifadə edilmişdir. Əsrin İmamını Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən qeyd edilmiş xüsusiyyətlərlə tanımaq bizim vəzifəmizdir. Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter