Mömində hansı 3 sifət olsa, Qiyamət günü rəhmət kölgəsində olar?
İmam Səccad (ə) buyurur: “Bu üç sifət hansı mömində olarsa, Allahın pənahında olar, Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində olar və məhşər səhrasının çətinliklərindən amanda olar:
1. Yoxsullara və yardım istəyənlərə köməyini əsirgəməsin.
2. Hər bir hərəkət etməzdən əvvəl düşünsün. O işi ki, görmək istəyir və ya o sözü ki, demək istəyir – Allahın onda razılığı vardır, yoxsa qəzəbi.
3. Başqalarının eybini tutmazdan və deməzdən əvvəl, öz eyiblərini aradan qaldırmaq üçün səy göstərsin”. (İslami saytlara istinadən)/Deyerler.