Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı nələrdir?!
Övladın ən böyük vəzifəsi – valideynlərinə itaət etmək və onların hörmətini saxlamaqdır. Məsumlarımız (ə) bizə ataların uca məqamından xəbər verir ki, onlarla tanış olaq.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Atam istəyir ki, mənim malımı özününkü etsin”.
Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: “Sən də, malın da - atanındır”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “Allahın razılığı – atanın razılığındadır. Allahın narazılığı – atanın narazılığında”.
İmam Səccad (ə) buyurur: “Allah o kəsdən razıdır ki, ailəsini daha çox rifah və nemətdə qərar verər”.
İmam Sadiq (ə) buyurur: “Kişi ailəsini idarə etmək üçün gərək üç işi yerinə yetirsin:
1. Xoş rəftar.
2. Ölçüsündə olan əliaçıqlıq.
3. Qeyrət”.
Həzrət Peyğəmbər (s) buyurur: “Övladın atası üzərində üç haqqı vardır:
1. Onun üçün yaxşı ad seçmək.
2. Ona savad öyrətmək.
3. Həddi-buluğa çatan zaman evləndirmək”. (Beytutə)
İmam Əli (ə) buyurur: “Övladın atası üzərində olan haqqı odur ki, ona savadı, ox atmağı və üzməyi öyrətsin. Halal ruzidən qeyrisini yeməyi etməsin”.
/Deyerler.