İslam maarifinə əsasən Sirri gizlətməyin faydaları nələrdir?! Məsumlardan hədislər


Sirr saxlamaq və onu ifşa etməmək – möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır. Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər.


İmam Əli (ə) buyurur: “O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar”.
Həzrət Əli (ə) yenə buyurur: “Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma”.


İmam Əli (ə) buyurur: “Aqilin sinəsi – sirlər sandığıdır”.
İmam Sadiq (ə) buyurur: “Sirri ifşa etmək – süqut mənbəyidir”.



İmam Əli (ə) buyurur: “Hər kim öz sirrini saxlamaqda aciz olarsa, başqasının sirrini saxlamaqda güclü olmaz”.
İmam Hüseyn (ə) buyurur: “Başqalarının sirri – bizim əlimizdə olan əmanətdir”.

İmam Rza (ə) buyurur: “O kəs ki, sirri ifşa edər, qatil ilə şərik olar”.
İmam Əli (ə) buyurur: “Sükut – hikmətdir və sirr saxlamaq – xoşbəxtliyin bir guşəsidir”. (Beytutə)



İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, mənim yanımda ən sevimli dostum – onların ən təqvalısı və ən fəqihidir və o kəsdir ki, bizim sözlərimizi sirr saxlayır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter