Kasıbların haqqı olan zəkatı ödəməməyin ibadətlərə ne belə təsiri vardır?!


İmam Rza (ə) buyurur: “Allah namazla zəkatı bir yerdə əmr etmişdir. Ona görə də o kəs ki, namaz qılar və zəkatını verməz, namazı qəbul olmayacaqdır”.



İmam Əli (ə) buyurur: “Həqiqətən, zəkatı (vermək) Allah qəzəbinin (atəşini) söndürər”.



İmam Baqir (ə) buyurur: “Allah zəkatı namazla birlikdə vacib etmişdir”.
İmam Sadiq (ə) buyurur: “Zəkat sizə vacib olmuşdur, necə ki, namaz sizə vacib olmuşdur. Ona görə də malınızın zəkatını verin ki, namazınız qəbul olunsun”.


Həzrət Peyğəmbər (s) buyurur: “Bu insanlar içərisindən on dəstəsi Allaha küfr etmişdir... (Onlardan biri o) kəsdir ki, zəkatı ödəməyə mane olar”.
İmam Əli (ə) buyurur: “Ey övladlarım! Sizə vəsiyyət edirəm: namazı əvvəl vaxtda qılmağı, zəkatı əhlinə (ödəməyi)”.


Həzrət Peyğəmbər (s) buyurur: “Zəkatı ödəyin. Əgər bu işi görməsəniz, qəhətliyə giriftar olarsınız”. (İslami saytlara istinadən)
Həzrət Peyğəmbər (s) buyurur: “Ən səxavətli insan o kəsdir ki, malının zəkatını verər. Ən simic insan o kəsdir ki, Allahın ona vacib buyurduğunu ödəməkdən imtina edər”.



İmam Əli (ə) buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, zəkat – İslamın körpüsüdür. Hər kim onu ödəyər, körpüdən keçər. Hər kim onu ödəməz, körpünün üstündə qalar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter