Valideyinlərin övladlarının təbriyəsində nəticə almaq üçün hansı metoddan istifadə etməlidirlər?!


Belə bir misal çəkirlər ki, bir nəfər hər gün dulusçunun yanına gələr və ondan kuzə alardı və sonra da həmin kuzəni onun gözü önündə sındırardı. Bu əməl həmin ustanı çox qəzəbləndirərdi. Nəhayət bir gün usta həmin şəxsə deyir: “Bu kuzələri sındırma”.

Həmin şəxs cavabında deyir: “Niyə narahat olursan, onların ki, pulunu sənə ödəyirəm”.

Dulusçu deyir: “Doğrudur, ancaq mənim məhsulumu ki, bu qədər zəhmətlə əmələ gəlmişdir, gözümün önündə sındırmağın – çox narahatedicidir”.



Allah Təala hər bir insana qarşı ata və anadan daha çox mehribandır. Yaratdığı hər bir məxluqundan hesab çəkər. Çünki insanı pak və təharətli halda xəlq etmişdir. Öz məxluqunda öz qüdrət və kamalını nümayiş etdirmək istəmişdir.

Eləcə də valideyn övladını saleh və ədəbli bir insan kimi görmək istəyər. O zaman ki, ata və ana zəhmətlə böyütdükləri övladlarının onların gözü önündə günah etməsini görür, bu, onlara əvəzolunmaz ziyanlar vurur. Çünki öz məhsullarının necə zay olduqlarını gözləri ilə görürlər. Allah Təala bu mənzərəni bütün xəlq etdikləri ilə bağlı görür və səbir edir. Halbuki, insanın xilqəti bunun üçün olmamışdır.



Quran buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).



Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən də bütün insanlar xata edirlər, onların ən yaxşısı o kəsdir ki, çoxlu tövbə edər”.

İnsan xatakat varlıqdır. Çünki əmmarə nəfsə malikdir. Lakin Allah Təala ona tövbə qapısı kimi bir rəhmət vermişdir ki, günahlarından paklana bilsin.



Valdeyn əgər övladının səadətini təmin etmək istəyirsə, onu tövbə qapısına hidayət edib, günahlarından paklanmasına nail olmalıdır.

Bunun çarəsi isə nəsihət və moizə deyil, əməli təbliğatdır. Əgər valideyn övladına əməli tərbiyə verə bilsə, o zaman daha faydalı və təsirli nəticələr görə bilər. Bunun üçün özü tövbə edib, Allahdan yardım istəməli və dua etməlidir. Çalışmalıdır ki, övladı onun bu əməllərini görsün və ibrət götürsün. (İslami saytlara istinadən)



Hətta əgər ona zahiri cəhətdən təsir etməsə də, ruh öz işini görəcəkdir. Çünki insan ruhu Allaha meyil edən və Allahı axtarandır. İnsan hər nə qədər inkar etsə də, fitrəti ona əksini söyləyəcəkdir. Ona görə də övladınıza əməli tərbiyə verməyə davam edin və Allahdan yardım istəyin. İnşəallah ki, övladınız bir gün haqq yoluna gələcək və tövbə edəcəkdir.\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter