Qədiri Xumda çölündə İmam Əlinin (ə) xilfatini inkar edənə nə oldu?!


“Bir vaxt ki, dedilər: İlahi! Əgər bu sənin tərəfindən olan həmin haqdırsa, onda bizə göydən daş yağdır və ya bizə ağrılı əzab yetir\" [Ənfal surəsi. 32]

Əllamə Kalbisi adlı alim \"Ğərirul-Quran\" təfsirinə əsasən belə nəql edir: \"Peyğəmbər (s) Qədir-Xum günü İmam Əlinin (ə) haqqını (vilayət və İmamət) çatdırdıqdan
sonra Cabir ibni Nəzər adlı birisi
Peyğəmbərin (s) yanına gələrək belə dedi: \"Ya Muhəmməd! Allahın birliyini və sənin də onun Rəsulu olmağını, namaz qılmağı, oruc tutmağı, həccə getməyi, zəkat verməyi bizə əmr etdin və biz də qəbul etdik. Bütün bunlardan razı deyilmisən ki,
əmin oğlun Əlini bizdən (Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır deyərək) üstün tutursan? Bu əmr sənin özündəndirmi, yoxsa Allahdandırmı?
Peyğəmbər (s) buyurdu: \"And olsun ki, Allahdandır.\"
Cabir (narazı halda) gedərək belə dedi: \"İlahi! Əgər Muhəmməd
düz deyirsə göydən başımıza daş yağdır, ya da bizə ağrı verici bir əzab endir.\"
Cabir öz camaatına yetişmədən Uca Allah göydən bir daş endirərək onu öldürdü.

[Məzəfil-Tarix.cild.3.səh.151]


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter