İmam Cavadın (ə) uydurulmuş 7 hədisə cavabı nə oldu?!


Yəhya ibn Əqsəm, İmam Cəvad (əs)-a belə sual etdi:
“Rəvayət edildiyinə görə bir gün Cəbrail (ə.s) Peyğəmbərin (s) hüzuruna gələrək belə
buyurur: “Ey Muhəmməd! Allah sənə salam göndərir və belə buyurur: “Mən Əbu Bəkrdən razıyam, görəsən o da məndən
razıdırmı?




Bu rəvayət haqqındakı görüşünüz nədir?”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu xəbəri rəvayət edən kəs, Peyğəmbərin (s) vida həccindəki bu sözünü də xatırlamaq
məcburiyyətindədir: “Mənim adımdan yalan söyləyənlər olduqca çoxalmışdır, məndən
sonra da çox olacaqdır. Hər kəs mənim adımdan bilərəkdən yalan söyləyərsə yeri cəhənnəm atəşi olacaqdır.”
İmam Cəvad (ə.s) sözünə belə davam etdi:
“(Əbu Bəkr haqqındakı) bu rəvayət Allahın kitabı ilə uyğun gəlməməkdədir. Çünki Allah
(Qurani-Kərimdə) belə buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah
damarından da yaxınıq!”
[Qaf surəsi. 16].
Görəsən Əbu Bəkrin (Allahdan) razı olub olmadığı Allaha gizliydimi ki bunu Peyğəmbərindən soruşur?! Bu əqlən mümkünsüzdür.”



2-Yəhya ibn Əqsəm belə sual edir: Rəvayət edilir ki: “Əbu Bəkr və Ömər yer üzündə, göydəki Cəbrail və Mikail kimidirlər.”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu hədisə də diqqət etmək gərəkir. Çünki Cəbrail və Mikail, Allah qatındakı iki müqərrəb mələkdirlər. O ikisi əsla heç bir şəkildə günah etməmişdirlər və Allahın itaətindən bir an belə olsun çıxmamışdırlar. Lakin Əbu Bəkr və Ömər müşrik (Allaha şərik qoşan, bütə sitayiş edən) idilər. Hər nə qədər İslam zühur
etdikdən sonra Müsəlman oldularsa da həyatlarının çoxunu şirk və bütpərəstliklə keçirmişdirlər. Xüsusiylə də Allahın o ikisini (Əbu Bəkr və Öməri) Mikail və Cəbrailə bənzətməsi mümkünsüzdür.”

3-Yəhya ibn Əqsəm belə sual edir; “Eyni şəkildə: “Əbu Bəkr və Ömərin cənnət ağsaqqallarının ağası olduqları” rəvayət edilməkdədir. Bu barədə nə düşünürsünüz?
İmam Cəvad (ə.s) buyurur ki: “Bu rəvayətin doğru olması da mümkünsüzdür. Çünki cənnət əhlinin hamısı cavanlardır, içlərində qocalar olmayacaqdır (ki Əbu Bəkr və Ömər də onların ağası olsun). Bu rəvayət, Həzrəti
Peyğəmbərin (s): “Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdırlar.” buyurmuş olduğu
hədisə qarşı, Əməvilər tərəfindən
uydurulmuşdur.


4-Yəhya ibn Əqsəm; Rəvayət edildiyinə görə:
“Ömər bin Xəttab, cənnət əhlinin çırağıdır.”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu da mümkünsüzdür, çünki cənnətdə Allahın müqərrəb mələkləri, Adəm, Muhəmməd (s),
Allahın digər bütün Peyğəmbərləri və mələkləri orada olacaqdırlar. Necə olur ki cənnət bunların nuruyla işıqlanmır, lakin
Ömərin nuruyla işıqlanır?!”



5-Yəhya ibn Əqsəm; Rəvayət edildiyinə görə Peyğəmbər (s) belə buyurmuşdur: “Əgər mən Peyğəmbər olaraq seçilməsəydim,
Mütləq olaraq Ömər seçiləcəkdi.”
İmam Cəvad (ə.s) buyurur ki: “Allahın Kitabı Quran bu hədisdən daha doğrudur. Allah kitabında belə buyurmaqdadır:
“(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da,
Məryəm oğlu İsadan da!...”
[Əhzab surəsi. 7].
Bu ayədən başa düşülməkdədir
ki Allah, Peyğəmbərləriylə əhd bağlamışdır. Belə olan halda Allahın öz sözünü dəyişdirməsi necə mümkün ola bilər?
Peyğəmbərlərdən heç birisi bir göz açıb yumacağı vaxt qədər belə Allaha şərik
qoşmamışdırlar. Ömrünün böyük bir hissəsini Allaha şərik qoşmaqla keçirən birini (Öməri) Allah necə Peyğəmbər seçə bilər?!
Yenə Həzrəti Peyğəmbərimiz buyurmuşdur ki: “Adəm, ruh ilə bədən arasında ikən (yəni hələ yaradılmamış) mən Peyğəmbər idim.”



6-Yəhya ibn Əqsəm; Yenə Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilməkdədir: “Nə zaman vəhy kəsilsə (geciksə), vəhyin
Xəttabın ailəsinə (Ömərə) endiyini sanırdım.
Yəni Peyğəmbərliyin məndən onlara keçdiyini sanırdım.”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu da mümkünsüzdür, çünki Peyğəmbərin öz Peyğəmbərliyində şəkk etməsi
mümkünsüzdür. Allah buyurur ki: “Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da.” (Xüsusiylə Allahın seçimiylə,
artıq Peyğəmbərin Peyğəmbərliyində şübhə duymasına heç bir əsas qalmaz.)

7-Yəhya ibn Əqsəm; Peyğəmbər (s) buyurur ki: “Əgər əzab nazil olsaydı, Ömərdən başqa heç bir kəs qurtula bilməzdi!”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu da mümkünsüzdür, çünki Allah İslam Peyğəmbərinə buyurur ki: “Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir.
(Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”
[Ənfal surəsi. 33].
Beləcə, Peyğəmbər xalqın arasında olduğu müddətcə və Müsəlmanlar istiğfar etdikləri
müddətcə Allah onlara əzab etməz...!”

[Təbərsi. əl-İhticac.cild.2.səh.247-249; Məclisi. Biharul-Ənvar.cild.50.səh.80–83;
Seyyid Əli Əkbər Qurəşi. Xanədani Vəhy.səh.644–647; Seyyid Əbdur-rəzzaq Mukərrəm. Nigahi Quzəra bər Zindeqaniye İmam Cəvad (ə.s).səh.98–100]


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter