Məhdəvİyyət hədİslərİnİ nəql edən müəllİflər hansı mənbələrə İstİnad edİb?


Bəziləri deyirlər ki, qədim müəlliflər tarixi məsələlər, eləcə də, Məhdəviyyət mövzusu ilə bağlı hədisləri mənbəni araşdırmadan nəql etmişlər. Sonra yeni bir yanaşma nəzərə çarpır. Sonradan rəvayətlər araşdırılmış, “səhih”, “həsən”, “qəvi”, “zəif” qruplarına ayrılmışdır. Amma belə bir yanaşma tarixi rəvayətlərə, o cümlədən, Məhdəviyyət rəvayətlərinə aid deyil...
Uyğun iradları cavablandıraq:
1. Qədim İmamiyyə hədisçiləri son həddə səy göstərərək bu məsələyə ehtiyatla yanaşmış və hədislər toplamışlar. Bu alimlərdən biri də Kuleynidir. Kuleyni hədisçilər arasında öz diqqət və ehtiyatı ilə seçilir. Şeyx Tusinin də uyğun istiqamətdə ciddi səyləri olmuşdur. O istinad etdiyi şəxslərə çox diqqətlə yanaşmışdır. Şeyx Səduq istinad etdiyi şeyxləri yaxşı tanımış, onların iman və ədaləti haqqında məlumat toplamışdır. Bu alim tanımadığı kəsdən rəvayət nəql etməmişdir.
2. Biz əminik ki, Məhdəviyyət hədislərini nəql edən bu böyük alimlər nəql etdikləri hədislərin düzlüyünə inanmışlar. Onlar zəif cəhətləri aradan qaldıra bilən mötəbər dəlillərə əsaslanaraq uyğun hədisləri əminliklə nəql etmişlər. Şeyx Səduq və Tusi kimi alimlərin həqiqəti sübuta yetirməkdən başqa məqsədi olmamışdır. Uyğun mövzunu araşdırmaqda Şeyx Səduqun yeganə məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaq olmuşdur.
3. İlk üç əsrdə yazılmış və Məhdəviyyət mövzusunu açıqlayan mənbələr Şeyx Səduq, Tusi və Numaninin istinadgahı olmuşdur.
4. Rəvayətlərin dörd yerə bölünməsi son dövrə aid olsa da, Şeyx Tusi öz dövründə hədislərə xüsusi üslubda yanaşmışdır.
Şeyx Bəhai hədisləri dörd qismə böldükdən sonra deyir: “Qədim alimlər belə bir bölgü aparmamışdır. Onlar əminlik yaradan dəlillərə malik hədisləri səhih (düzgün) saymışlar. Bu dəlillərə nəzər salaq:
a) Hədisin rəvayətçilər arasında məşhur 400 qaynaqdan nəqli.
b) Hədisin iki və ya daha artıq mötəbər qaynaqda təkrarı.
v) Hədisin İmam səhabələri və səhabələr icması tərəfindən təsdiqlənən qaynaqda mövcudluğu.
q) Hədisin İmamlara təqdim olunmuş və İmamlar tərəfindən təsdiqlənmiş kitabda mövcudluğu. Übeydullah ibn Əli Hələbinin İmam Sadiqə (ə) təqdim etdiyi kitabı misal göstərmək olar. (“Ricali-Nəccaşi”, s. 230.)
d) Hədisin qədim alimlər tərəfindən etibarlı sayılan kitabda nəqli. (“Vəsailuş-şiə”, c. 30, 197, 198.)
5. Rical (hədis) alimləri məchul hədisləri iki qismə ayırırlar:
a) İstilahi məchul: Bu qrupa rical alimləri tərəfindən cəhaləti qeyd olunanlar daxildir.
b) Lüğəvi məchul: Bu qrupa vəziyyəti məlum olmayan, rical kitablarında adı çəkilməyənlər daxildir. Birinci qrupdan olan hədislər zəif sayılır və onları araşdırmağa ehtiyac yoxdur. İkinci qrupdan olan hədislərin araşdırılmasına ehtiyac var. Müəyyənləşdirilməlidir ki, həmin rəvayətçinin adı nə üçün kitablarda qeyd olunmamışdır? Bunun səbəbi həmin şəxsin həm məşhurluğu, həm də cəhaləti ola bilər.
6. Ola bilsin ki, qədim alimlər rəvayətçinin sədaqət və ədalətini əsas götürmüşlər. Yəni öncə rəvayətçinin ədalətli olması yox, ədalətsiz olması sübut olunmalıdır. Bu səbəbdən də ədalətin sübutuna ehtiyac duyulmur. Az adamların ədalətini sübuta yetirmək olar. Mütəfəkkirlər bu üsulu qəbul edir.
7. Rəvayətin etibarlı olmasının müəyyənləşdirilməsi üçün yalnız qaynağı araşdırmaq bəs deyil. Əminlik müxtəlif yollarla yarana bilər. Nəzərdə saxlamalıyıq ki, əksər şiə alimlərinin mənbələrində rəvayətin düzlüyü müxtəlif baxışlardan öyrənil-mişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter