Yatandan öncə ixlas surəsini üç və ... dəfə oxumağın faydası haqda hədislər!
Məhrum Ayətullah Əli Səadət Pərvər öz axırıncı dərsində şagirdlərinə belə buyurmuşdur: “Ölməyimi mənə göstəriblər. Çox aydın idi. İndinin özündə həmin zamanı xatırlayıram. Gördüm ki, peyğəmbərlər (ə) və İlahi övliyalar cənazə mərasimimdə iştirak edirlər. Bu, ona görədir ki, bəndə 40 il səhər çağında 100 dəfə “Tövhid” surəsini oxuyur və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim”.
“Tövhid” surəsini oxumağın fəzilətləri barəsində çox sayda hədislərimiz vardır. O cümlədən:
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yatan zaman “Tövhid” (“İxlas”) surəsini 3 dəfə oxuyarsa, Allah 50 min mələyi onun üçün vəzifələndirər ki, həmin gecə onu qorusunlar”.
Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O kəs ki, yatan zaman yüz dəfə “Tövhid” surəsini oxuyar, Allah 50-illik günahlarını bağışlayar”. (Həvzəh)
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, sübh namazından sonra “Tövhid” surəsini 11 dəfə oxuyarsa, həmin gün günah etməz. Baxmyaraq ki, xar olmuş şeytan nə qədər çalışar, insanı günaha tərəf çəkə bilməz və bu yolla xar olar”.
İmam Sadiq (ə) atalarından nəql edir: “Peyğəmbər (s) Səd ibni Məazın cənazəsində namaz qılır və buyurur: “Həqiqətən, 90 min mələk onun üçün namaz qıldı ki, Cəbrayil (ə) də onların arasında idi. Cəbrayildən (ə) soruşdum ki, o, nəyə görə sizin namazınıza layiq olmuşdur? Cəbrayil (ə) dedi: “Çünki o, dayanan, əyləşən, minikdə olan və piyada olan zaman, gedən və gələn halda “Tövhid” surəsini oxuyardı”””.
İmam Sadiq (ə) buyurur: “Hər kim xəstəliyə və ya giriftarlığa düçar olarsa və “Tövhid” surəsini oxumazsa və həmin xəstəlikdən ölərsə, atəş əhlindəndir”./Deyerler.